Elm və təhsil
BDU və Bilik Fondu arasında memorandum imzalandı
Bakı Dövlət Universiteti ilə Prezident yanında Bilik Fondu arasında anlaşma memorandumu imzalanıb.
Universitetin Mətbuat və informasiya şöbəsindən Publika.az-a verilən məlumata görə, memorandumda birgə konfransların, simpoziumların, elmi-texniki layihələrin həyata keçirilməsi, elmi-tədqiqat işlərinin, kitabların nəşri, yaradıcı gənclər arasında müsabiqələrin və BDU-nun professor-müəllim heyətinin ölkənin müxtəlif regionlarında mühazirələrinin təşkil edilməsi nəzərdə tutulur.
Rektor Abel Məhərrəmov universitetdə yerinə yetirilən elmi tədqiqat işləri, müxtəlif elm sahələri üzrə yüksək ixtisaslı kadr hazırlığı barədə ətraflı məlumat verib. Akademik Bilik Fondunun ölkədə aparılan sosial-iqtisadi və elmi-texniki quruculuq proseslərinin mahiyyətinin ictimaiyyətə çatdırılmasını təmin edən bir qurum olduğunu vurğulayıb və universitetin bu təşkilatla əməkdaşlığından məmnunluğunu ifadə edib.
Sonra Bilik Fondunun icraçı direktoru Oktay Səmədov rəhbərlik etdiyi təşkilatın missiyasından, bu günə kimi görülən işlərdən, həyata keçirilən layihələrdən danışıb.
Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunmuş 100 tədbirin 2018-ci ilin fevral ayından başlayaraq 2019-cu ilin iyun ayınadək keçirilməsi, tədbirlərdə BDU-nun alim və mütəxəssislərinin iştirakı, sonda 100 görüşü əks etdirən kitabın nəşri və bütün bunların ölkə başçısının sərəncamı ilə elan edilmiş “Azərbaycan Xalq Cümhuriyyəti İli”nə böyük töhfə olacağı bildirilib. Sonda Bilik Fondunun icraçı direktoru Oktay Səmədova “Universitetin Dostu” mükafatı təqdim edilib.
-
Yaxın Şərq02:18Tehrandan qisas hücumu: Küveytdəki ABŞ hədəfləri vuruldu
-
ABŞ01:40ABŞ İrana qarşı yeni zərbə dalğasına başladı
-
Qoroskop01:20Günün ulduz falı: Rutindən kənara çıxmağın vaxtıdır
-
Region13 İyul 23:55İranda partlayışlar baş verdi
-
İdman13 İyul 21:26Argentina millisi DÇ-dən kənarlaşdırılır? - 2.5 milyondan çox insan petisiyanı imzaladı
-
Hadisə13 İyul 20:24Kəlbəcərdə azyaşlının çaya düşməsi hadisəsinin detalları
-
Hadisə13 İyul 19:50Füzulidə yanğınlar zamanı minalar partladı
-
ABŞ13 İyul 18:20Trampdan Hörmüz boğazı ilə bağlı açıqlama - Bunun üçün pul alacağıq




































