Elm və təhsil
"Yüzlərlə tələbə köçürülmə prosesində iştirak edə bilmir" - EKSPERT
"Rəsmi olaraq tələblərin köçürülməsi üçün ayrılan vaxt bu gün axşam başa çatır, amma V ixtisas qrupu üzrə qəbul olan tələbələrin köçürülmə üçün etdikləri müraciətlərə baxılmayıb. Təhsil Nazirliyinin tələbələrin köçürülməsi üçün ayrılan müvafiq şəxləri V ixtisas qrupu ilə bağlı məsələni həll edə bilməyiblər. Nəticə olaraq, məsuliyyətsiz yanaşma ucbatından V ixtisas qrupu üzrə ali məktəblərə qəbul olmuş heç bir şəxs köçürülmədə iştirak edə bilmir"
Publika.az xəbər verir ki, bu sözləri təhsil üzrə ekspert Kamran Əsədov deyib. O bildirib ki, bu tələbələrin hüquqlarının kobud şəkildə pozulması deməkdir:
"2015-ci ildən bəri tələbələrin bir ali təhsil müəssisəsindən digərinə, eləcə də bir ixtisasdan digər ixtisasa köçürülməsi vahid portal (transfer.edu.az) vasitəsilə həyata keçirilir. Burada tələbələrin ali təhsil müəssisələrinə qəbul olunduqları zaman topladıqları bal öz ixtisas qrupları daxilində həm ixtisas üzrə, həm də bir ixtisasdan digər ixtisasa köçürülməyə kömək edir. Toplanan bal əsas meyardır. Köçürülmə prosesi üçün isə tələbələrə (fevral ayının1-dən 7-ə qədər) 1 həftə müddət ayrılıb. Dövlət İmtahan Mərkəzi (DİM) qəbul zamanı toplanılan balları göstərən bazanı Təhsil Nazirliyinə təhvil verilib. Belə ki hazırda I, II, III, IV ixtisas qrupu üzrə qəbul olan şəxslər sistemə daxil olub müvafiq bölməni seçərək, sol tərəfdə özünün topladığı bal haqqında məlumat görür. Lakin V qrupa qəbul olanlarda isə problem var. Sistem işləmir. Müvafiq bölmə üzrə bakalavr və ya magistr səviyyələri üzrə seçim etdikdən sonra sistemdə yazılır ki, sizin köçürülməniz üçün uyğun təhsil müəssisəsi tapılmamışdır. Təhsil Nazirliyinin tələbələrin köçürülmə prosesi üzrə məsul şəxsləri qəbul prosesini bilmədiklərinə görə, fərdi müraciətlərə üstünlük verirlər. Qeyd edilən portalda tələbə şəxsi məlumatlarını qeyd etdiyi halda, heç bir məlumat əldə edə bilmir. Çünki əvvəlki portalda siz hələ də Azərbaycanda fəaliyyət göstərən digər universitetlərin tələbəsi olaraq görünürsüz. İndi isə bir gün qalmış Təhsil Nazirliyi tələbələrə deyir ki, özləri gedib DİM-dən topladıqları bal barədə arayış alsınlar. Halbuki elektron sistem özü bunun avtomatik olaraq göstərməlidir. Özü də bunu son gündə elan edirlər. Bu da prosedur qaydalarına ziddir".
K.Əsədov qeyd edir ki, həmin tələbələr gedib DİM-ə topladıqları ballar haqqında arayışı almaq üçün müraciət etdiklərində, haqlı olaraq və qanunla nizamlanmış normalar əsasında onlara istədikləri məlumatın yalnız 1 həftə ərzində verilə biləcəyi deyilir.
"Digər tərəfdən, köçürülmə prosesi üçün ayrılan müddət özü 1 həftədir və bu problem qoyulan müddətin bitməsinə 1 gün qalmış elan edilib. Tələbə arayışı alsa belə, sistemdə bunu həyata keçirmək üçün prosedur yoxdur. Çünki Təhsil Nazirliyi I, II, III, IV ixtisas qrupu üzrə balların göstərildiyi bazanı sistemə yükləyib, amma V ixtisas qrupunu unudub. Köçürülmə başlamamış ortaya çıxacaq problemlərin qısa zamanda həll olunması üçün isə alternativ olmalı idi. Sözün həqiqi mənasında nazirlik tərəfindən bu işə qeyri-ciddi və qeyri-peşəkar yanaşılıb. Hazırda mənə onlarla tələbə müraciət edib ki, bizim köçürülmə prosesimizi kim həll edəcək? Müraciət etmiş şəxslər neynəsin? Digər qruplar üzrə qəbul olan şəxslərin heç birindən universitetə borclu olub-olmadıqlarına dair arayış istənilmir, amma V ixtisas qrupundan bunu tələb edirlər. Səbəb? Sistemdə üzə çıxan bütün boşluqlar V ixtisas qrupundadır. Bölgələrdə yerləşən ali təhsil müəssisələrində V ixtisas qrupu üzrə qəbul olan və köçürülmə prosesini həyata keçirmək istəyən tələbələrə deyilir ki, DİM-dən arayış alsınlar. Bu tələbələr də deyirlər ki, onların yaxınlığında DİM-in heç bir filialı və ya nümayəndəliyi yoxdur. Tamamilə haqlıdırlar. 22 ali təhsil müəssisəsində V ixtisas qrupu üzrə qəbul var. İndi bu qədər tələbənin köçürülmə məsələsini nazirlik hansı üsulla həll edəcək. Bu gün saat 24:00-da köçürülmə prosesi üçün qoyulan 1 həftəlik müddət bitir".
Mövzu ilə bağlı Təhsil Nazirliyindən Publika.az-a verilən məlumata görə, V ixtisas qrupunda qabiliyyət imtahanı verməyən bütün tələbələr transfer.edu.az portalından istifadə etməklə adi qaydada qeydiyyatdan keçə bilərlər:
"Sistemə V ixtisas qrupuna qəbul olan tələbələrin informasiyalarına dair bazanın yüklənmədiyinə dair məlumat doğru deyil. Qabiliyyət tələb edən ixtisaslara qəbul olunan tələbələr isə "digər" bölməsindən qabiliyyət imtahanın nəticələrini əlavə etməklə köçürülmədən istifadə edə bilərlər".
Könül Cəfərli
-
İdman03:43
Qvardiola özünü cırmaqladı - FOTO
-
Magazin103:13
“Məni döyən hələ anasından olmayıb” - Aygünlə Yaşar efirdə dalaşdılar / VİDEO
-
Sosial02:42
"Temu"dan şikayət DURMADAN ARTIR - Aldanmamaq üçün nələrə diqqət etməliyik? / VİDEO
-
Hadisə01:41
Azərbaycanda təcili yardım avtomobili qəzaya düşdü - Yaralılar var / FOTO
-
Sosial00:45
Vəzifəli şəxs işdən çıxarıldı - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Subayları romantik görüş gözləyir
-
Magazin100:00
Qalmaqallı görüntülərindən DANIŞDI: "Yanımdakı bəy ərəb deyil..." - VİDEO
-
Dünya26 Noyabr 23:36
Əsgərlərin "daha yaxşı görünməsi" üçün 1 milyard avro xərclənəcək