Elm və təhsil
Təhsil sistemində MÜHÜM DƏYİŞİKLİKLƏR: İbtidai siniflərdə BSQ ləğv edilir və.. - AÇIQLANDI
Təhsil Nazirliyində “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (yekun qiymətləndirmə (attestasiya) istisna olmaqla) aparılması Qaydası”nın qəbulu ilə bağlı mətbuat konfransı keçirilib.
Publika.az xəbər verir ki, mətbuat konfransında Təhsil Nazirliyinin şöbə müdiri Emin Əmrullayev məktəbdaxili qiymətləndirmə qaydalarında dəyişiklikləri zəruri edən səbəblər barədə ətraflı məlumat verib. Onun sözlərinə görə, yeni qaydalarda əsas məqsəd qiymətləndirmə zamanı imtahan yükünü aşağı salmaq və sonradan qiymətləndirmə zamanı yaranan anlaşmazlığı aradan qaldırmaq idi:
“Yeni qaydalarda nəzərdə tutulan əsas dəyişikliklərdən biri summativ qiymətləndirmə ilə bağlıdır. Qaydalara əsasən, summativ qiymətləndirmələrin sayı azaldılıb. Məsələn, formativ qiymətləndirmə rəsmi qiymətləndirmə deyil. Summativ qiymətləndirmə isə rəsmi qiymətləndirmə hesab edilir. Son dəyişikliklərdən sonra birinci siniflər üzrə summativ qiymətləndirmə aparılmayacaq, sadəcə formativ qiymətləndirmə aparılacaq. Bu qiymətləndirməni müəllim öz istədiyi kimi apara, şagirdi stimullaşdıra bilər. İkinci və üçüncü siniflərdə Böyük Summativ Qiymətləndirmə (BSQ) ləğv ediləcək. Yalnız müəllim kiçik summativ qiymətləndirmə aparmaqla şagirdin səviyyəsini qiymətləndirəcək. Dördüncü sinif isə buraxılış sinfi olduğuna görə məktəb səviyyəsində bütün siniflər üzrə Böyük Summativ Qiymətləndirmə aparılacaq. Böyük Summativ Qiymətləndirmə təhsil səviyyələrinin sonunda, yəni IV, IX və XI siniflərdə bütün fənlərdən, V, VI, VII, VIII və X siniflərdə isə yalnız buraxılış imtahanları keçiriləcək fənlər üzrə aparılacaq. Təhsil səviyyələrinin sonlarında BSQ-lərin keçirilməsinin əsas məqsədi bütün fənlərdən təhsilalanların nailiyyətlərinin ölçülməsi, aralıq siniflərdəki BSQ-lərin əsas məqsədi isə buraxılış imtahanlarına mükəmməl hazırlığın təmin edilməsidir”.
Şöbə müdiri bildirib ki, bu dəyişiklikdən sonra birinci siniflər üçün 72 dəfə daha az qiymətləndirmə aparılacaq, ibtidai siniflər üzrə qiymətləndirmələrin sayı ümumilikdə il ərzində 288-dən 180-ə enib. “Dəyişiklikdən sonra ümumtəhsil səviyyəsində V-IX siniflər üzrə Böyük Summativ Qiymətləndirmədə hər il 25 imtahan azalır, tam orta təhsil səviyyədə isə 27 imtahan azalacaq”.
Gülxar
-
Magazin220:48“Victoria's Secret”in mələyi okean kənarında bikinidə poza verdi - FOTO
-
Art20:24Niyaməddin Musayevdən maraqlı etiraf
-
Magazin219:48Britni Spirs eks sevgilisinin yeni təklifini rədd etdi
-
Magazin119:12Emin Ağalarov oğlu Mikayılla Dubayda - VİDEO
-
Hadisə17:55Mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanladı
-
Avropa17:44Fransa yenə qarışır - Tələbələr küçələrə çıxacaqlar(FOTO)
-
Nida Təhlil 17:02Şəhid atası: "Mənə deyirdi ki, ata, mən də o aslanlardan biri olacağam"
-
Region16:45Simonyan: "Biz niyə türklərlə savaşmalıyıq?"



























.jpg)









.jpg)
