Elm və təhsil
AMEA yeyinti iddialarına CAVAB VERDİ
Azərbaycan Milli Elmlər Akademiyası Humanitar və İctimai Elmlər Bölməsi AMEA-nın vitse-prezidenti akademik İsa Həbibbəyliyə aid edilən maliyyə ittihamları ilə bağlı açıqlama verib.
Bölmədən bildirilir ki, AMEA Dilçilik İnstitutun vaxtilə ayrılmış 2 milyon manat vəsaitin xərclənməsində şübhəli məqamların olmasına, bu işə nəzarət edilməməsinə görə Humanitar və İctimai Elmlər Bölməsinin rəhbərliyini ittiham etməkdə davam edir:
"AMEA Dilçilik İnstitutunun maddi-texniki bazasını möhkəmləndirmək üçün 2 milyon manat maliyyə vəsaiti 29 may 2012-ci il tarixli Sərəncamla ayrılmışdır. Mövcud Sərəncama uyğun olaraq, Dilçilik İnstitutunun avadanlıqların alınması işi 2012-2013-cü illərdə həyata keçirilmişdir. Əvvəla, akademik İsa Həbibbəyli 2013-cü ilin may ayından sonra AMEA-da vitse-prezident kimi işə başladığı üçün həmin sərəncamın icra edilməsi ilə məşğul ola və ya ona nəzarət edə bilməzdi. İrəli sürülən ittiham qeyri-obyektiv və absurddur. Ümumiyyətlə, akademik İsa Həbibbəyliyə aid edilən maliyyə ittihamlarının heç biri qətiyyən həqiqəti əks etdirmir, qarşı tərəfin səbəbi məlum olmayan iddialarından ibarətdir".
Açıqlamad qeyd edilir ki, Akademiyada ümumiyyətlə vitse-prezidentlik vəzifəsi vasitəsilə maliyyə vəsaiti köçürmək proseduru yoxdur. Ona görə də AMEA-nın vitse-prezidenti kimi İsa Həbibbəylinin Dilçilik İnstitutuna avadanlıqların alınıb-alınmaması ilə hər hansı bir əlaqəsinin olması mümkün deyildir:
"AMEA Humanitar və İctimai Elmlər Bölməsi Dilçilik İnstitutuna avadanlıqların alınması ilə əlaqədar və ya istənilən digər maliyyə məsələləri ilə bağlı olaraq vitse-prezident kimi Elmi Bölmənin rəhbərinə qarşı irəli sürülən bütün ittihamları birmənalı şəkildə rədd edir".
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi













.jpg)





.jpg)

















.jpg)

.jpg)