Elm və təhsil
“Abituriyent” jurnalının 2-ci nömrəsi çap olundu
Dövlət İmtahan Mərkəzi (DİM) “Abituriyent” jurnalının 2-ci nömrəsini çap edib.
DİM-dən Publika.az-a bildirilib ki, bu nömrədə 2021/2022-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu elanının tam mətni, ixtisaslar üzrə müsabiqə şərtləri, ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə müsabiqə şərtləri və digər zəruri materiallar dərc edilib. Nömrədə, həmçinin 2020-ci ilin tələbə qəbulu müsabiqəsində ali təhsil müəssisələrinin ixtisasları üzrə formalaşmış keçid balları, tarix fənnindən Qarabağ uğrunda Vətən müharibəsi (İkinci Qarabağ müharibəsi) məqaləsi, imtahan fənləri üzrə qəbul imtahanlarında istifadə olunmuş bəzi test tapşırıqlarının izahı və tövsiyələr, cavabların "Cavab kartı" və "Cavab vərəqi"ndə qeyd olunma qaydasının izahı və sair materiallar da dərc olunub.
Jurnalı DİM-in Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1M., Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28 ünvanlarında yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.
-
Nida Xəbər 12:18Kartdan karta köçürülmələrdə komissiya tutulacaq
-
Dünya12:12Andrey Sbiqa müraciət yaydı: Rusiyanın Azərbaycan vətəndaşlarını öldürməsi...
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər









.jpg)






.webp)






















