Elm və təhsil
16 ildə məzunların sayı 43 mindən çox azalıb

2020-ci ildə ümumtəhsil müəssisələrinin 79 842 məzunu olub.
Publika.az xəbər verir ki, son 16 ildə məzunların sayı 43 266 nəfər azalıb.
Bu meyil artıq bir neçə ildir ki, müşahidə olunur. Son 16 ildə məzunların sayı 35.14% azalıb. Bu, ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak edənlərin sayında da özünü göstərir. 2019-cu illə müqayisədə məzunların sayı 189 nəfər azalıb.
"Keçən illi nəzərə almasaq, son illər sənəd verənlərin tərkibində cari ilin məzunlarının payı azalmayıb, əksinə artıb. 2020-ci ildə isə sənəd verənlərin tərkibində cari ilin məzunlarının payı ötən ilə nisbətən təxminən 7% azalsa da, məzunların mütləq sayı artıb. Belə ki, keçənilki məzunlar həmin ildə sənəd verənlərin 80.52%-ni (65473 nəfər) təşkil edib, lakin ötən illə müqayisədə ali təhsil müəssisələrinə qəbul olmaq üçün ərizə verən cari ilin məzunlarının sayı 4217 nəfər artıb. Bunun da əsas səbəbi 2020-ci ildə ali təhsil müəssisələrinə qəbul olmaq üçün ərizə verən abituriyentlərin içərisində əvvəlki illərin məzunlarının sayının kəskin şəkildə artmasıdır. Nəticədə, ərizə verən abituriyentlərin içərisində cari il məzunlarının payı ötən illə müqayisədə azalıb.
Müqayisə üçün bildirək ki, 2010-cu ildə ali təhsil müəssisələrinə sənəd verənlər arasında həmin ilin məzunlarının payı 55.63%, 2011-ci ildə 58.39, 2012-ci ildə 58.84, 2013-cü ildə 60.66, 2014-cü ildə 64.05, 2015-ci ildə 66.04, 2016-cı ildə 68.31, 2017-ci ildə 75.83, 2018-ci ildə 77.86% və 2019-cu ildə 87.54% olmuşdu. Göründüyü kimi, 2010-cu ildən etibarən sənəd verənlərin arasında əvvəlki illərin məzunlarının payı, əsasən, getdikcə azalmış, cari illərin məzunlarının payı isə artmışdır. Bunun əsas səbəbi hər il ali təhsil müəssisələrinə qəbul üçün ayrılan plan yerlərinin ciddi şəkildə artırılması və nəticədə qəbul olanların sayı artdıqca, növbəti il üçün əvvəlki illərin məzunları arasında qalığın, yəni qəbul olmayanların azalmasıdır", - Dövlət İmtahan Mərkəzindən bildirilib.

-
MDB02:43
Kamçatkada bir gündə 120-dən çox zəlzələ qeydə alındı
-
Region01:40
İstanbulda sərnişin bərəsi gəmi ilə toqquşdu: 12 nəfər yaralandı - Fotolar/Yeniləndi
-
İdman01:20
DÇ-nin qalibini evə ekonom-klassla yola saldılar: Ölkədə etiraz başladı
-
Qoroskop00:55
Günün ulduz falı: gözlənilməz xərclər və ya gecikmələr ola bilər
-
Nida Xəbər 00:05
Azərbaycanda Dövlət Suverenliyi günüdür
-
Hadisə19 Sentyabr 23:41
Marneulidə gürcü dilini bilməyən azərbaycanlı şillələndi - Video
-
Magazin119 Sentyabr 22:26
Alim Qasımovdan maraqlı açıqlamalar: “Anamla xanımıma rüşvət verirdim”- VİDEO
-
Art19 Sentyabr 22:12
"Grammy" mükafatlı sənətçi təyyarə qəzasında həlak oldu