Elm və təhsil
Tanınmış həkim koronavirusun hazırkı dalğasının zəifləyəcəyi vaxtı açıqladı - VİDEO
Hazırda Azərbaycanda koronavirusun müşahidə edilən növbəti dalğası yoluxanlarla sağalanlar arasında nisbət sağalanlar lehinə döndüyü zaman zəifləməyə başlayacaq.
Bu barədə Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov Real TV-yə müsahibəsində deyib.
R.Mahmudov bildirib ki, hazırda ölkəmiz üçün epidemioloji baxımdan çətin vaxtdır: “Bu xəstəliyin xüsusiyyəti ondan ibarətdir ki, vaxtaşırı dalğalar başlayır. Hazırda zərərverici bir dalğanın tam ortasındayıq. Ancaq hər bir dalğanın başlanğıcı olduğu kimi sonu da var. Təcrübə göstərir ki, ortalama 6 həftəlik müddət içərisində yüksəlmələr, sonra enişlər olur.
Digər ölkələrin də təcrübəsi göstərir ki, yoluxanlarla sağalanlar arasında nisbət sağalanlar lehinə döndüyü zaman artıq dalğanın sönmə mərhələsinə getdiyi düşünülür və bu bir tibbi reallıqdır”.
R.Mahmudov bildirib ki, ölkədə sərt karantin rejimi olmasa da, hər bir vətəndaş belə şiddətli dalğalar qarşısında özünü, ailəsini, ətrafını qorumaq üçün pandemiya qaydalarına riayət etməlidir.
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi



































.jpg)

.jpg)