Elm və təhsil
DİM-dən rezidenturaya qəbul olmaq istəyənlərə MÜRACİƏT
Dövlət İmtahan Mərkəzi (DİM) rezidenturaya qəbul imtahanının II mərhələsinin (ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı) nəticələri haqqında statistik məlumatı təqdim edib.
DİM-dən Publika.az-a bildirilib ki, namizədlərdən 543 nəfəri müsabiqə şərtini ödəyərək (50 və daha çox bal toplayaraq) ixtisas seçiminə buraxılıb.
İxtisas seçimində düzgün qərar qəbul etmək, öz istəyi ilə yanaşı mövcud müsabiqə vəziyyətinin reallığını – ixtisaslar üzrə plan yerlərini, müsabiqədə iştirak edən namizədlərin topladıqları balların paylanmasını diqqətlə araşdırmaq, eləcə də öz fərdi imtahan nəticəsinin bu sıralamadakı yerini düzgün müəyyən etmək seçimin uğurlu olmasına müsbət təsir göstərə bilər.
Qeyd edək ki, rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi oktyabrın 4 dək aparılacaq. Müsabiqə şərtini ödəyən namizədlər bu müddət ərzində elektron ərizələrinə daxil olaraq əsas (baza ali) tibb təhsili üzrə uyğun (bitirdiyi fakültəyə müvafiq olan) ixtisasları “Rezidentura” jurnalının 3-cü nömrəsində dərc olunmuş “Rezidenturaya qəbul aparılan ixtisaslar” bölümündən seçib təsdiq etməlidirlər. DİM-in saytında yerləşdirilən cədvəllərdə istiqamətlər və ballar üzrə histoqram təqdim edilib.
-
İdman01:11Millətlər Liqası: İspaniya İngiltərəni səfərdə məğlub etdi
-
Qoroskop00:20Günün ULDUZ FALI - Sevgi həyatınız mükafatlandırıcı olacaq
-
Kriminal26 Sentyabr 23:24Siqnala görə qonşuların mübahisəsi faciə ilə bitdi
-
Kriminal26 Sentyabr 22:12Naxçıvan sakini arvadını və baldızını bıçaqladı
-
Magazin226 Sentyabr 21:48Məşhur aktrisa ictimaiyyət qarşısına elə libasda çıxdı ki... - FOTO
-
İdman26 Sentyabr 21:36Ayxan Abbasov millinin əsas məqsədini açıqladı
-
Sosial26 Sentyabr 20:48“Dedi, sir-sifətindən xeyir verənə oxşamırsan” - Deputat “qarpız məsələsi”ndən danışdı
-
ABŞ26 Sentyabr 20:12Kubaya qarşı hərbi əməliyyat başladılacaq? - ABŞ liderindən AÇIQLAMA







.jpg)










.jpg)
















.jpg)