Elm və təhsil
“Təcrübə və Təqaüd Proqramları” “Teleqraf” Media Qrupu ilə layihəyə start verir - FOTO
“Təcrübə və Təqaüd Proqramları” MMC “Teleqraf” Media Qrupu ilə əməkdaşlıq müqaviləsi imzalayıb.
Publika.az xəbər verir ki, anlaşma memorandumunu “Təcrübə və Təqaüd Proqramları” MMC-nin rəhbəri Şahin Sərdarlı ilə “Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camalqızı imzalayıb.
Müqaviləyə əsasən, təhsil alan və təhsilini başa vurmuş gənclər “Teleqraf” Media Qrupuna daxil olan 3 saytda - “Publika.az”, “Axar.az” və Teleqraf.com” saytlarında təcrübə keçərək praktiki biliklərini təkmilləşdirəcəklər.
Proqram müddəti minimum 1 ay nəzərdə tutulub və hər ay davam edəcək. Təcrübə müddəti başa çatdıqdan sonra təcrübəçiyə proqramı müvəffəqiyyətlə başa vurmasını göstərən sertifikat təqdim ediləcək.
Qeyd edək ki, proqram təcrübəçi ilə müəssisə arasında təcrübə təminatçısı rolunu oynayır. Layihənin məqsədi tələbə gənclərin fərdi inkişafına, uğurlu mütəxəssis kimi formalaşmasına dəstək olmaq, eləcə də müəssisələrin kadr potensialını zənginləşdirməkdən, dövlətimizə və cəmiyyətimizə faydalı olacaq mütəxəssislərin yetişməsinə və dövlətin gənclər siyasətinə kiçik töhfə verməkdən ibarətdir.
Qeydiyyat prosesi haqda məlumat almaq istəyənlər “Təcrübə və Təqaüd Proqramları” MMC-nin rəsmi saytında və səhifəsində tanış ola bilərlər.
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi












.jpg)





.jpg)


















.jpg)

.jpg)