Elm və təhsil
Miqrasiya orqanlarına qulluğa qəbul imtаhаnı keçirildi
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün Dövlət Miqrasiya Xidməti ilə birlikdə Azərbaycan Respublikasının miqrasiya orqanlarına qulluğa qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirib.
DİM-dən Publika.az-a bildirilib ki, imtahanda 357 nəfərin iştirakı nəzərdə tutulurdu.
İmtahan saat 10:00-da başlanıb və 3 saat davam edib.
İmtаhаndа nаmizədlərə 100 qapalı tipli test tapşırığı təqdim olunub. Onlardan 50 sual qanunvericilik, 10 sual Azərbaycanın tarixi, 10 sual Azərbaycan dili, 10 sual kompüter bilikləri, 20 sual isə məntiq üzrə olan test tapşırıqlarıdır. Hər suаlın düzgün cavabı 1 (bir) bаllа qiymətləndirilir.
İmtahan Bakı şəhərində, 2 binada keçirilib. İmtahanın idarə olunmasına 2 ümumi imtahan rəhbəri, 4 imtahan rəhbəri, 33 nəzarətçi–müəllim, 4 buraxılış rejimi əməkdaşı ayrılıb.
İmtahan nəticələrinin yaxın 2 gün ərzində elan olunması nəzərdə tutulur.
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi









.jpg)


























