Elm və təhsil
Elm və Təhsil Nazirliyində KORRUPSİYA? - Ekspert FAKTLARI açıqladı
“Mənə məktəblərə verilən və məktəbin idman zalında tamaşaçıların əyləşməsi üçün nəzərdə tutulan iki növ oturacağın fotusunu göndəriblər. Səthi və ayaqları adi oduncaqdan düzəldilib boyadılan 5 nəfər şagirdin oturması üçün nəzərdə tutulan belliyi olmayan taxta oturacağın qaimədə göstərilən qiyməti 270 manatdır. Nazik dəmir profildən ayaqları, səthi taxta reykadan olub 3 nəfərin oturması üçün nəzərdə tutulan belliyi olmayan oturacaq da eyni qiymətə məktəblərə verilib. Ölkənin bir-çox məktəblərində şagirdlər üçün stol-stul və lövhə kimi adi sinif ləvazimatlarının çatışmadığı, dərsliklərin belə çatışmadığı bir şəraitdə bu avadanlıqları məktəblərə verməyin adı nədir?”
Publika.az xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov bildirib.
Ekspert qeyd edib ki, bu kustar üsulla sexlərdə hazırlanan oturacaqların qaimədə göstərilən qiymətinə azı 5 beləsini düzəltdirmək olar.

Kamran Əsədov digər belə bir neçə faktı da qeyd edib:
“Digər bir fakt isə adamı lap dəhşətə gətirir. Ölkədəki 44 günlük müharibəsinin qələbəsini əks etdirən və məktəblərə verilən 3-4 kvadrat metrlik və çərçivəyə alınmış banerin də qaimə qiyməti 350 manatdır. Bu banerlərin oxşarı Aprel döyüşlərində və müharibə zamanı ölkə üzrə bütün məktəblərə verilib və guya bizim nazirlik də müharibəyə öz töhfəsini verib. Bunlar hansı vicdanla insanlarımızın qanı tökülən ərəfədə milyonlarla dövlət vəsaitini israf ediblər? Bu banerin maya-dəyəri faktura və qaimədə göstərilən qiymətdən ən azı 5 dəfə ucuzdur. Görürsünüzmü, hətta kimlərinsə ölümü ilə belə digərləri dirilmək yolunu necə tapır?
Digər bir fakt isə adamda təəssüf hissi yaradır. Cənab Prezidentin xaricdə təhsil almağa göndərdiyi və etimad etdiyi bu kadrlar onun portretinin birini 495 manatdan sənədləşdirib məktəblərə göndərirlər. Hesab edirlər ki, belə halda heç kim onların korrupsiya əməllərini araşdırmağa cürət etməz. Ölkənin təhsil siyasətini aparmalı olan və onları görəvləndirən prezidentin portretindən belə külli miqdarda qazanc əldə etmək yolunu tutan bu məmurlara daha sözüm yoxdur...”.
Ekspert əlavə edib ki, nazirliyin məktəblərə verdiyi mal-material və təchizatlar adətən kustar üsulla və sexlərdə hazırlanır:
“Burada məqsəd həmin aktivlərin qiymətini və maya-dəyərini hesablamağın maraqlı tərəflərə əlçatmaz edilməsi və onlarn rahatlıqla maya dəyərindən dəfələrlə baha göstərilə bilməsidir. Bunlardansa heç olmazsa faktiki qiyməti maya-dəyərindən 3 dəfə baha göstərilən 250 manatlıq parta və lövhələrdən məktəblərə verəydilər adama təsir etməzdi.
İndi siz deyin, məktəblərdə bu qaimələri görən məktəb rəhbərləri də alternativ yolu tutub onları təyin edənlər kimi saxtakarlıq, oğruluq, rüşvətxorluq və korrupsiya yolunu tuturlarsa günah kimlərdədir?”
Akqabay
-
Region09:40İran təslim olur: ABŞ sensasion rəqəmləri açıqladı
-
Hadisə09:10Azərbaycanda müğənni faciəli şəkildə həyatın itirdi - FOTO
-
Yaxın Şərq09:00İraqda ABŞ qırıcısını bu ölkə vurubmuş... - Etiraf
-
Dünya08:12Dəhşətli anlar: təyyarənin qapısı uçuş zamanı qopdu
-
Dünya07:47Anasının dəfn mərasimində məşhur model güllələndi
-
ABŞ04:14ABŞ və Venesuela diplomatik münasibətləri bərpa etdilər
-
MDB03:13Rusiya mediası Prezidentin İranın dron hücumu ilə bağlı bəyanatından yazır - Foto
-
Nida Xəbər 02:36İtaliyanın İrandakı səfirliyi Bakıdan fəaliyyət göstərəcək






.jpg)




















.jpg)



.jpg)






