Elm və təhsil
Bir aydır dərslər başlayıb, boş qalan yerlərə qəbul niyə gecikir? - ETİRAZ
Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul elan edilir. Bu yaxşı. 2 oktyabrda sənəd qəbulu bitir, ondan sonra da qəbul olanların elektron qaydada qeydiyyatdan keçməsi, əmrlərinin qəbul olduqları müəssisələrə göndərilməsi haradasa 15 oktyabra qədər çəkəcək. 15 oktyabrda dərsə başlayan tələbə nə öyrənəcək? Qış sessiyasında imtahanı necə verəcək?
Publika.az xəbər verir ki, bu sözləri təhsil eksperti Kamran Əsədov qeyd edib.

Ekspert yeni tədris ilinin başlamasından bir müddət sonra ali və orta ixtisas təhsil müəssisələrinə qəbulun aparılmasının doğru olmadığını deyib.
“Bir aydır dərslər başlayıb, bu tələbələr bir ay sonra prosesə qoşulacaq. Ümumiyyətlə, tədris prosesi ilə bağlı təqvim düzgün deyil. Artıq pandemiya bitib, hər şey normal axarında davam edir. Bütün pillələrə qəbul prosesi avqustun sonunda bitməlidir”, - o, vurğulayıb.
K.Əsədov əlavə edib ki, ali təhsil müəssisələrinə boş qalan plan yerlərinə ikinci ixtisas seçimi də kolleclər kimi qeydiyyat bitəndən sonra olmalıdır ki, imtina olunmuş plan yerlərinə təkrar seçim ədalətli olsun.
Akqabay Mıradov
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı












.jpg)






















.jpg)

.jpg)