Elm və təhsil
Orta məktəblərdə mobil telefondan istifadə qadağan olunmalıdır - Ekspert
“Ölkəmizin təhsil müəssisələri elektron resurslardan istifadəyə görə dünyanın aparıcı ölkələri ilə müqayisədə geridə qalır. Hər bir şagird tədris ilində minimum 11 fənn oxuyur, onların kitablarını əldə edir. Halbuki sosial şəbəkələrdə qeydiyyatdan keçən şagirdlərin sayı faydalı elektron resurslardan, dərsliklərdən istifadə edənlərdən qat-qat çoxdur. Ona görə də orta ümumtəhsil müəssisələrində yaşanan bəzi xoşagəlməz hadisələr mobil telefonun gətirdiyi nəticələrdir”.
Bu fikirləri Publika.az-a təhsil eksperti Kamran Əsədov deyib.
Ekspert hesab edir ki, orta məktəblərdə mobil telefondan istifadənin qadağan olunması məqsədəuyğundur:
“Əlbəttə, orta məktəb şagirdinə mobil telefon yalnız valideynləri ilə əlaqə saxlamaq üçün vacibdir. Yəni şagird məktəbə gəlməsi, ordan çıxması barədə valideyninə operativ məlumat verir. Mən təklif edirəm ki, bunun üçün orta məktəblərin girişində turniketlər quraşdırılsın. Əl izi, yaxud hansısa vasitə ilə şagirdlərin məktəbə daxil olması həyata keçirilsə, valideynlər də bundan xəbərdar olar. Həmçinin, məktəblərin girişində böyük şkaflar yerləşdirib, hər bir şagirdə nömrə vermək, dərs vaxtı elektron vasitələrini, mobil telefonlarını orada saxlamağa şərait yaratmaq olar.

Qanunvericiliyə əsaslanıb deyə bilərəm ki, daxili nizam-intizamın təmin olunmasına birbaşa məsuliyyət daşıyan məktəb rəhbəri şagirdlərin məktəbdə telefondan istifadə məsələsinin tənzimlənməsi ilə bağlı bu və ya digər qərarı verməkdə müstəqildir. Qüvvədə olan qanunvericiliyə görə, təhsil müəssisələrində zərurət olduğu təqdirdə, araşdırma və ya hansısa müvafiq tədqiqat aparmaq məqsədilə mobil texnologiyalardan - mobil telefonlardan, planşetlərdən istifadə edilə bilər”.
K.Əsədovun sözlərinə görə, elektron vasitələr, mobil telefonlar həm də şagirdlərin dərsə diqqətinin yayınmasına gətirib çıxarır:
“Ona görə də hətta müəllimlərin belə mobil telefonla dərsə daxil olmasını məhdudlaşdırmaq lazımdır. Çünki dərs zamanı müəllimə zəng gəlir, o bayıra çıxdıqda dərsin gedişatı pozulur. Tədris prosesinin gedişatını pozan vasitələrin orta məktəblərdə səmərəsiz istifadəsinə yol vermək olmaz. Amma elektron lövhələr, dərsi izah etmək üçün istifadə edilən cihazlar, tədris prosesində faydalı məlumatlar almaq üçün işlədilən əyani vasitələr məktəblərdə ola bilər. Sadəcə, elektron dərsliklər istifadə olunmadığına görə, məktəblərdə mobil telefon qadağasını gündəmə gətirmək doğru olar.
Dünya ölkələrində də bundan istifadə olunur. Fransa parlamenti ölkədə cari tədris ilində yaşı 15-dən aşağı olan şagirdlərə məktəb ərazisində telefondan istifadəni qadağan edib. Fransa ilə yanaşı Avropanın 4 dövləti və ABŞ-ın 13 ştatında məktəb ərazisində telefondan istifadə qadağandır”.
Akqabay Mıradov
-
Rəsmi xronika14:52İlham Əliyev məktəbəqədər təhsillə bağlı fərman imzaldı
-
Nida Təhlil 14:42İranda "perestroyka" başladı: Pişiyin rənginin əhəmiyyəti yoxdur, yetər ki...
-
Sosial13:09İlham Əliyev sərəncam imzaladı
-
Region13:02Ermənistanda sabiq deputat da saxlanıldı: Paşinyanı hədələdi
-
Rəsmi xronika12:45İlham Əliyevin kabinetindəki yeganə heykəl... - Kimdən yadigardır? - FOTO
-
Dünya12:16SEPAH bu ölkədə gizli hücrələr yaradıb, hücumlar təşkil edib - İfşa olundu
-
Dünya11:50Zelenski 40 dəqiqə söhbət etdiyi Lula da Silvadan nə xahiş edib?
-
Magazin110:06Dünən sünnət olunan ingilis Azərbaycanda evləndi - VİDEO






































