Elm və təhsil
Şagirdlərə bunlar qadağan edilir - Qısa ətək, saqqal, saç rəngi...
Elm və Təhsil Nazirliyi tərəfindən “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları” hazırlanıb.
Publika.az xəbər verir ki, bu gün sözügedən layihə artıq nazirliyin saytında yerləşdirilib.
Yeni qaydalarda xüsusi olaraq vurğulanır ki, sənəd ümumi təhsil müəssisələrində şagird davranış qaydaları ilə bağlı çərçivəni müəyyən edəcək.
Bundan başqa sənəddə digər məqamlar da yer alır.
Daha çox maraq doğuran şagirdlərə geyim və xarici görünüşlə bağlı qoyulan qadağalarla bağlıdır
Qaydalarda bildirilir ki, şagirdlər şəxsi gigiyena qaydalarına riayət etməli, dərs zəngindən əvvəl üst geyimi (palto, papaq, kapüşonlu jaket və s.) çıxarmalıdır.
Bundan başqa, ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarına aid qaydalara riayət etməli (məktəbli forması, ayaqqabı və s.), geyim səliqəli və təmiz olmalı, uzunluğu çiyindən aşağı saçları səliqəli şəkildə arxadan toplamalıdır.
Eyni zamanda, fiziki tərbiyə dərsləri üçün məktəbin geyim qaydalarına riayət etməlidirlər.
Şagirdlərə tətbiq olunan qadağalar da yeni qaydalarda öz əksini tapıb. Vurğulanır ki, çox dar geyim, hündürdaban ayaqqabı, dizdən yuxarı ətək, zinət əşyası və bahalı saat kimi aksesuarlar, qeyri-adi saç düzümü və saç rəngi, uzun və rəngli dırnaqlar, makiyaj, saqqal qadağandır.
Həmçinin ümumtəhsil müəssisələrinin yuxarıda qeyd olunanlarla bağlı daxili qaydalar tərtib etmələri tələb edilir.
Tural Turan
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO









.jpg)


























