Elm və təhsil
Tələbə köçürmələri qaydaları dəyişdirilir: bundan sonra... - VİDEO
Tələbə köçürmələri ilə bağlı bəzi detalların dəyişdirilməsinə ehtiyac var.
Publika.az xəbər verir ki, bu sözləri Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü İlqar Orucov deyib.
Onun sözlərinə görə, artıq tələbə köçürmələrinin qanunla tənzimlənməsi nəzərdə tutulur. Bu isə bir sıra məsələlərin qanun müstəvisində həllində önəmli rol oynayacaq.
İlqar Orucov bildirib ki, hazırda köçürmələrdə bəzi məqamlarda boşluqlar var. Bunun ən bariz nümunəsi regionlarda köçürülmə prosesində qəbul ballarının nəzərə alınmamasıdır. Bunun üçün mövcud normativ hüquqi baza yenilənməlidir.
Digər bir məqam isə təhsilin müəyyən bir pilləsindən sonra ixtisasların dəyişdirilməsidir. Bu isə ciddi problemlər ortaya çıxarır. Bu məqamın da xüsusilə yeni dəyişiklikdə nəzərə alınmasına ehtiyac var.
Ən əsas dəyişiklik olunacaq bir məqam isə xarici universitetlərə atestatla qəbul olunan tələbələrlə bağlıdır.
İlqar Orucovun sözlərinə görə, indi yalnız əsaslı səbəblər olduğu halda belə tələbələrin köçürülməsində problemlər olmursa, yeni qaydalarda bunlar mütləq şəkildə nəzərə alınmalıdır.
İlqar Orucovun bildirib ki, həmçinin köçürülmə zamanı ali təhsil müəssisəsinin qəbul edə biləcəyi tələbə sayı elan olunmalıdır. Bundan başqa, köçürülmə üçün müraciət edən şəxsin ümumi orta müvəffəqiyyət göstəricisi, akademik göstəricisi nəzərə alınmalıdır.
Qeyd edək ki, hazırda təhsilin müxtəlif pillələrində təhsil alan tələbələrin köçürülməsi ilə bağlı qanunvericilikdə dəyişikliklər hazırlanır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterial hazırlayıb:
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır









.jpg)




























