Elm və təhsil
Orada hansı təhsil mühitindən söhbət gedə bilər? - Deputatdan SƏRT SÖZLƏR
Xəbər verdiyimiz kimi, Biləsuvar rayonu İ.İsmayılıov adına Ovçubərə kənd tam orta məktəbində direktorla müəllim arasında yaşanan insidentin görüntüləri sosial şəbəkədə yayımlanıb. Görüntülərdə məktəbin direktoru Üzeyir Eyvazov və riyaziyyat müəllimi R.Əmirov arasında baş verən münaqişə lentə alınıb. Qeyd olunub ki, direktorla müəllim arasında yaşanan ədavət adi hala çevrilib və demək olar ki, hər gün baş verir.
Publika.az xəbər verir ki, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov məktəbdə direktorla müəllim arasında baş vermiş qarşıdurmaya münasibət bildirib.
Millət vəkili qeyd edib ki, bu hadisə məktəblərə direktor təyinatına olduqca həssas yanaşılmasının vacib olduğunu bir daha göstərdi.

“Son insident mütləq ciddi araşdırılmalı, müvafiq tədbirlər görülməli və nəticəsi barədə cəmiyyətə də ətraflı məlumat verilməlidir. Əvvəlki müsahibələrimdə də bu məsələyə xüsusi toxunmuşdum. Direktorların təyinatı tam obyektiv, şəffaf, tapşırıqsız, ayrı-seçkiliyə yol verilmədən, ciddi araşdırmalar aparılaraq həyata keçirilməlidir. Bu cür xoşagəlməz hadisənin baş verdiyi məktəbdə hansı normal təhsil mühitindən söhbət gedə bilər?
Son hadisə ağıllara belə bir sualı da gətirir. Neçə məktəbimizdə bu düşüncə, tərbiyə və təfəkkürdə müəllim və direktor var?”, - deputat bildirib.
C.Məmmədov vurğulayıb ki, həmin hadisə onu da göstərdi ki, bu prosesə yenidən baxılmalı, vəzifəyə uyğun olmayan direktorlarla bağlı obyektiv, ciddi əsaslandırılmış qərarlar qəbul edilməlidir. Əks-halda belə xoşagəlməz halların tez-tez şahidi olacağıq.
Akqabay
-
Kriminal19:40Azərbaycanda övladlarına işgəncə verən ana və ögey ata həbs edildi
-
Elm və təhsil18:30Övladını dərsdən yayındıran valideynləri hansı məsuliyyət gözləyir? - Rəsmi
-
Hadisə18:20Ceyranbatanda çoxmərtəbəli yaşayış binasında yanğın - Foto/Video/Yeniləndi
-
Rəsmi xronika15:44Türkmənbaşıda Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirildi - YENİLƏNDİ
-
Nida Xəbər 14:40Hərbi vəzifəlilərin NƏZƏRİNƏ! - Baş nazirdən QƏRAR
-
Dünya14:02Qarşıdan gələn qış Avropa üçün ağır keçə bilər: Qaz çatışmazlığı riski artır
-
Sosial13:28İlham Əliyev MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış oldu - FOTO
-
Sosial13:24Qadınlar işdə səhvlərini niyə etiraf etmirlər? - Səbəb cəza deyil, kişi...







.jpg)



























.jpg)

