Elm və təhsil
Azərbaycanda kişilər bu sahədən imtina etdilər: Qaldı qadınların ümidinə
“Azərbaycanda həm fəlsəfə, həm də elmlər doktoru proqramları üzrə dissertasiya işi götürənlərin içərsində qadınlar üstünlük təşkil edir. 2023-cü ildə fəlsəfə doktoru proqramı üzrə 262 dissertant təhkim olunmuşdur ki, onların da 73,7 faizini qadınlar təşkil etmişdir”.
Publika.az xəbər verir ki, bununla bağlı millət vəkili Vüqar Bayramov öz sosial media hesabında yazıb.
O qeyd edib ki, elmlər doktoru proqramı üzrə təhkim olunmuş 185 dissertantın 100 nəfəri qadınlar olub:
“Qadınların elmi fəaliyyətdə aktiv iştirakı müsbət haldır və bu birmənalı şəkildə dəstəklənməlidir. Bununla yanaşı, kişilərin elmi fəaliyyətə marağının azalması səbəblərinin də araşdırılmasına ehtiyac var. Təhlillər göstərir ki, kişilərin elmi fəaliyyətə marağının azalmasının iqtisadi səbəbləri də az deyil. Belə ki, elm və təhsil qurumlarında əmək haqqının yüksək olmaması kişilərin bu sahəyə marağına təsir göstərir. Ötən ilin yekunlarına əsasən, Azərbaycanda təhsil sektorunda orta aylıq əmək haqqı 700 manatdan bir az çox olub. Bu, ölkə üzrə 934 manatlıq orta aylıq əmək haqqından da az maaşdır.

Göründüyü kimi, təhsil sferasında maaşların yüksək olmaması kişilərin elmə marağına təsirsiz ötüşmür. Bu gender bölgüsü dissertasiya tematik mövzularında da özünü göstərir. Ötən il dissertantların əsas hissəsi tibb, biologiya, tarix, fizika, aqrar və filologiya elmləri üzrə təhkim olunub. Ölkədə bütövlükdə 116 ali təhsil müəssisəsi və elmi təşkilatda 3170 doktorant fəaliyyət göstərir və onlarında 52,1 faizi qadındır”.
Aysel Şahmar
-
Maraq dünyası14:56Marsda yadplanetlinin tapançası tapıldı – Dünya bu FOTODAN danışır
-
İdman14:06Bu da Ançelottinin gəlini: Həyat yoldaşını braziliyalıların hücumundan xilas edib - FOTOLAR
-
MDB13:12Moskvadan İrəvana daha bir xəbərdarlıq: O tələdə pulsuz pendir olmayacaq
-
Rəsmi xronika12:31İlham Əliyev fərman imzaladı
-
Magazin112:00Məşhurluqdan həbsxanaya: Azərbaycanda cinayətlə gündəmə gələn qadınlar
-
İdman10:30Yamal bu oyuna 150 min avroluq kulonla gəldi - FOTO
-
Nida Xəbər 09:18Etimadın sirri: İlham Əliyevə dəstəyin səbəbləri...
-
Sosial09:12"Arzum" niyə 5 il 2 ay müddətinə həbs edildi? - Hakimdən AÇIQLAMA






.jpg)
.webp)























.jpg)





