Elm və təhsil
Nobel Sülh Mükafatı laureatı bəlli oldu
Osloda Nobel Sülh Mükafatı laureatlarının adları açıqlanıb.
Publika.az-ın məlumatına görə, 2024-cü ildə nüfuzlu mükafat Yaponiyanın Xirosima və Naqasakiyə atılan atom bombalarının qurbanlarını birləşdirən Nihon Hidankyo təşkilatına verilib.
Mükafat "nüvə silahlarından azad dünya qurmaq səylərinə görə" verilib.
Sülh Mükafatı Nobel Həftəsində sonuncudan əvvəlki mükafatdır. Biologiya və tibb, fizika, kimya və ədəbiyyat sahələrində Nobel mükafatı laureatlarının adları daha əvvəl məlum olub.
Qeyd edək ki, oktyabrın 14-də iqtisadiyyat sahəsi üzrə 2024-cü ilin Nobel mükafatçılarının adları açıqlanacaq.
Mükafatlar laureatlara dekabrın 10-da, Alfred Nobelin vəfat etdiyi gün Stokholm və Osloda veriləcək.
Adəm Abbaslı
-
Magazin214:09Məşhur aktrisa çimərlikdən elə görüntülər paylaşdı ki... - Foto
-
Magazin213:40Rusiyanın məşhur reperi evində gülləndi
-
Ekologiya12:35Sabahın hava proqnozu açıqlandı
-
Magazin212:10Güven Kıraç 4 ildir münasibətdə olduğu Mervenur ilə ailə qurdu
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu






































