Elm və təhsil
Musiqi məktəblərində elə adamlar çalışır ki, not nədir bilmir - Vitse-spiker
Nazirlər Kabinetinin tabeliyindəki Tərcümə Mərkəzi fəaliyyətini dayandırıb. Amma Azərbaycan Yazıçılar Birliyinin nəzdində Bədii Tərcümə Mərkəzi fəaliyyət göstərir. Ona ayrılan vəsait artırıla bilər.
Publika.az xəbər verir ki, bunu Milli Məclisin vitse-spikeri Rafael Hüseynov parlamentin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin bugünkü birgə iclasında bildirib.
O qeyd edib ki, yeni qurumlar yaratmaq əvəzinə mövcud müəssisələrə dəstək olmaq daha yaxşıdır: “Yazıçılar Birliyinin nəzdindəki Tərcümə Mərkəzinin ayrıca tərcümə jurnalı da var. Mən müraciət etmişdim, çox yox, 200-300 min manat ayrılsın ki, həmin Tərcümə Mərkəzini inkişaf etdirək. Mənə elə gəlir, Maliyyə Nazirliyi bu məsələni də nəzərə ala bilər”.
R.Hüseynov həmçinin musiqi məktəblərindəki son vəziyyətə toxunub. Onun sözlərinə görə, musiqi məktəbində çalışanların işsiz qalması arzuolunan deyil: "Rayon musiqi məktəblərində elə adamlar çalışır ki, heç not bilmir, elementar biliklərdən məhrumdurlar. Eyni zamanda, bu gün mədəniyyət evləri və klublar öz funksiyalarını yerinə yetirə bilmir. Bütün istiqamətlər üzrə modernləşməyə çalışacağıq. Bu zaman ixtisarların, bağlanmaların da səbəbi aydın olar”.
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
















.jpg)
.png)







.jpg)














