Samuxda ağır qəza can aldı - Xəsarət alan var
Bizi izləyin

Hadisə

Samuxda ağır qəza can aldı - Xəsarət alan var

Samuxda ağır qəza can aldı - Xəsarət alan var

Samux rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az xəbər verir ki, hadisə rayonun "Kür yolu" adlanan ərazisində qeydə alınıb.

Belə ki, "Chevrolet Niva" markalı nəqliyyat vasitəsinin idarəetmədən çıxaraq aşması nəticəsində Daşkəsən rayon sakini, 1994-cü il təvəllüdlü Aslanov İlyas İlham oğlu hadisə yerində ölüb

1981-ci il təvəllüdlü Məmmədov Əziz Kamran oğlu isə xəsarət alıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma başlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm