Formula 1
Yaponiya Qran Prisinin qalibi məlum oldu
Formula 1 üzrə Yaponiyada keçirilən Qran Pri başa çatıb.
Publika.az xəbər verir ki, “Mersedes”in britaniyalı pilotu Luis Həmilton 53 dövrəlik mübarizənin yekununda finiş xəttini birinci keçərək yarışın qalibi olub. Bununla o, karyerası ərzində 71-ci qələbəsini qazanıb.
Onun finlandiyalı komanda yoldaşı Valteri Botas finişə ikinci çatıb. “Red Bull” pilotu Maks Verstapen üçüncü pillədə qərarlaşıb.
Ümumi sıralamada Luis Həmilton Yaponiya Qran Prisindən sonra 331 xalla I pillədəki mövqeyini daha da möhkəmlədib. “Ferrari”nin almaniyalı pilotu Zebastian Fetel 264 xalla II, Valteri Botas 207 xalla III, finlandiyalı pilot Kimi Raykönen 196 xalla IV sıradadır.
Avtomobillərin yarışında isə “Mercedes” 538 xalla qalib gəlib. “Ferrari” 460 xalla II, “Red Bull” isə 319 xalla III yeri tutub.
Qeyd edək ki, növbəti Qran Pri mərhələsi oktyabrın 19-21-də ABŞ-da keçiriləcək.
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı













.png)





.png)


.jpg)
















