Formula 1
“Formula 1” üzrə Abu-Dabi Qran Prisinin qalibi müəyyənləşdi
“Formula 1” üzrə Abu-Dabi Qran Prisinin qalibi müəyyənləşib.
Publika.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında baş tutan sonuncu – 21-ci mərhələdə Almaniyanın “Mercedes” komandasının britaniyalı pilotu Lüis Hemilton rəqiblərini qabaqlayıb. O, 1:39:40.382göstərici ilə birinci finiş edib.
İtaliya “Ferrari”sinin sürücüsü Sebastyan Fettel ikinci (+2.581), Avstriyanın “Red Bull” komandasından hollandiyalı Maks Ferstappen (+12.706) üçüncü yeri tutub.
Abu-Dabi Qran Prisi formal xarakter daşıyırdı. Çünki L.Hemilton çempionluğu erkən təmin edib. Onun komandası isə Konstruktorlar Kubokunda qalibiyyəti rəsmiləşdirib.
Apreldə Azərbaycan Qran Prisinin də qalibi olan L.Hemilton yarışı 408 xalla 1-ci pillədə başa vurub. S.Fettel 320xalla ikinci, onun finlandiyalı komanda yoldaşı Kimi Raykonnen isə 251 xalla üçüncü yeri tutub.
Qeyd edək ki, “Formula 1” üzrə 2019-ci il dünya çempionatı Avstraliyada “Albert Park” trasında başlayacaq və 15-17 martda olacaq. Təqvimdə dördüncü sırada olan Azərbaycan Qran Prisi isə 26-28 apreldə olacaq.
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı













.png)





.png)


.jpg)
















