Formula 1
Danimarkalı pilot: "Bakı bizim üçün ən yaxşı tras deyil"
"Haas" pilotu Kevin Maqnussen Azərbaycan Qran-prisindən gözləntilərini açıqlayıb.
Publika.az xəbər verir ki, danimarkalı sürücü Bakı trasının onun komandası üçün çox da münasib olmadığını etiraf edib.
Lakin Maqnussen bu amilin ona xallar uğrunda mübarizədə maneçilik törətməyəcəyinə əminlik ifadə edib:
"Bakı trası aşağı sıxıcı qüvvəli, çoxlu uzun düz, qısa döngəlidir və aşağı səviyyəli qoşulmalara malikdir. Maraqlıdır, görəsən, biz harada olacağıq?! Bu, bizim üçün ən yaxşı tras deyil. Amma mən müsbətə köklənmişəm. Biz xallar uğrunda mübarizə aparacağıq".
Bu mövsüm yenilənmiş aerodinamika və onun Bakı trasına təsirinə gəldikdə, 27 yaşlı idmançı deyib ki, bunun böyük rol oynayıb-oynamadığını bilmir:
"Bəlkə də daha geniş DRS küncü ötmələri sadələşdirməyə kömək edəcək. Amma Bakıda bunsuz da ötməni həyata keçirmək asandır. Ona görə də hər şeyin necə alınacağına baxacağıq. İstənilən halda, Azərbaycanda həmişə çoxlu hadisə ilə zəngin maraqlı yarış olur. Biz bu mərhələni gözləyirik".
Bakı trası ümumilikdə 20 döngədən ibarətdir və 6003 metr uzunluğa malikdir.
Qeyd edək ki, bu mövsüm ilk 3 mərhələdən sonra Kevin Maqnussen 8 xalla 8-ci pillədə qərarlaşıb. O, həmin xalı martın 17-də Avstraliya Qran-prisində 6-cı yeri tutmaqla əldə edib. Konstruktorların mübarizəsində də eyni miqdarda xal toplayan "Haas" isə 7-cidir. Azərbaycan Qran-prisi 26 - 28 apreldə keçiriləcək.
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ












.jpg)





.jpg)




.jpg)















