Formula 1
Sem Smiti Bakıda bu məşhur əvəz edəcək - FOTO - - (YENİLƏNDİ)
“Formula 1” yarışları çərçivəsində Bakıda konserti nəzərdə tutulan britaniyalı müğənni Sem Smiti həmyerlisi Cessi Cey əvəz edəcək.
Publika.az xəbər verir ki, Cessi Cey “Price Tag”, “Bang-bang” və “Domino” kimi məşhur mahnıların və milyonlarla satılan albomların müəllifi və ifaçısıdır.
***
Dünyaca məşhur müğənni Sem Smitin “Formula 1” yarışları çərçivəsində Bakı keçirilməsi nəzərdə tutulan konserti baş tutmayacaq.
Publika.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) məlumat yayıb.
Xəbərə görə, ötən həftə Cənubi Afrika turunu yarıda kəsən britaniyalı müğənni konsert proqramlarına qısa fasilə verdikdən sonra tibb mütəxəssislərinin məsləhətinə əsasən, növbəti konsert proqramlarını da ləğv etməli olub. Nəticə etibarilə, Sem Smit bu həftə Bakıda çıxış edə bilməyəcək: “Sağlamlığı hər şeydən vacib sayan BŞH musiqiçinin tam sağalması üçün atdığı bu addımı anlayışla qarşılayır və onu dəstəkləyir.
Bu xəbər Sem Smitin Bakıdakı azarkeşlərini məyus edəcək. Buna görə də bildirmək istərdik ki, “Formula 1” SOCAR Azərbaycan Qran Prisininin hər bir tamaşaçısının möhtəşəm həftəsonu yaşamağını təmin etmək üçün təklif etdiyimiz digər əyləncə proqramları hələ də qüvvədədir”.

-
Region18:12İranın Qeşm adasında silsilə partlayışlar baş verdi
-
Rəsmi xronika17:36Prezident Gürcüstanın Baş nazirinin müavinini qəbul etdi - FOTO
-
Cənubi Qafqaz15:52Moskva-İrəvan xəttində dəmir yolu böhranı - Ermənistan Rusiyaya etiraz edir
-
Rəsmi xronika15:43İlham Əliyev Azərbaycanla Özbəkistan arasında iki sənədi təsdiqlədi
-
Sosial15:22Birdəfəlik sosial müavinətlər ödənildi
-
Magazin114:46“Boşanmalarda 99% qız tərəfi günahkardır” - Aşıq Zülfiyyə
-
Region14:10Ermənistan parlamentində müzakirə: Müxalifət hansı ölkəyə işləyir?
-
ABŞ13:46Vens xalqa səsləndi: Təşvişə düşməyin, amma ... - Nə baş verir?















.jpg)

.png)





















