Formula 1
"Formula-1" Azərbaycana yarım milyard dollardan çox gəlir gətirib
Bakıda keçirilən Formula-1 yarışlarından Azərbaycanın əldə etdiyi gəlirin məbləği müəyyənləşib.
Publika.az xəbər verir ki, bu rəqəm Bakı Şəhər Halqası Əməliyyat şirkətinin təşkil etdiyi tədbirdə açıqlanıb.
PwC Azərbaycan beynəlxalq audit şirkətinin hesabatına əsasən, 2016-2019-cu illərdə keçirilən yarışlardan 506,3 milyon dollar gəlir əldə olunub.
Bu məbləğ yarışlar ərəfəsində Formula-1 ilə əlaqədar Bakıya gələnlərin xərcləri əsasında yaranmış birbaşa və dolayı gəlirləri əhatə edir. Bu rəqəmə iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən peşəkar xidmətlər, otel və mehmanxana, restoran, nəqliyyat, sosial və mədəni xidmətlər, kənd təsərrüfatı, poçt və telekommunikasiya, topdan ticarət və elektrik, qaz, su və digər sektorlarda qeydə alınmış gəlirlər daxildir.
Qeyd edək ki, yarışın növbəti Azərbaycan Qran-Prisi bu il iyunun 5-7-də keçiriləcək.
Zümrüd
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi




































.jpg)


