Formula 1
Tokio-2020: Para-taekvondoçularımız bürünc medal uğrunda mübarizə aparacaqlar - FOTO
Azərbaycan Milli Paralimpiya Komandasının taekvondo idman növü üzrə təmsilçisi Röyalə Fətəliyeva Tokio-2020 Yay Paralimpiya Oyunlarında keçirdiyi ilk görüşündə tailandlı rəqibinə məğlub olub.
Bu barədə Publika.az Azərbaycan Milli Paralimpiya Komitəsinə istinadən xəbər verir.
Röyalə Fətəliyeva mübarizəni bürünc medal uğrunda təsəlliverici görüşdə davam etdirəcək.
Taekvondo idman növü üzrə digər təmsilçimiz İmaməddin Xəlilov da ilk görüşündə rusiyalı rəqibinə məğlub olub. İ.Xəlilov mübarizəni bürünc medal uğrunda təsəlliverici görüşdə davam etdirəcək.
Milli Paralimpiya Komandamızın güllə atıcılığı idman növü üzrə təmsilçisi Yelena Taranova (P3 - 25 metr) isə təsnifat mərhələsində mübarizəni dayandırıb.
Bu gün daha bir neçə paralimpiyaçımız mübarizə aparacaq. Para-atlet Orxan Qasımov nizə atma növündə medal qazanmağa çalışacaq. O, Bakı vaxtı ilə saat 14:00-da çıxış edəcək.
Yuliya Yanovskaya və Lamiyə Vəliyeva isə Bakı vaxtı ilə 16:17-də 400 metr məsafəyə qaçışda gücünü sınayacaq. L.Vəliyeva daha əvvəl 100 metr məsafəyə qaçışda gümüş medal qazanıb.
Qeyd edək ki, aktivində 11 qızıl, 1 gümüş və 4 bürünc medalı olan Azərbaycan komandası medal sıralamasında 10-cu pillədə qərarlaşıb.
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?























.jpg)















