Formula 1
Formula-1 Bakı Qran Prisi: Biletlərin hamısı satıldı!
Formula-1 üzrə Azərbaycan Qran Prisinin Abşeron tribunasının bütün sektorlarına biletlərin hamısı satılıb.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) Publika.az-a verilən məlumata görə, bununla da 12 tribunadan 10-una yerlər tamamilə tutulub.
Ötən illərdə keçirilmiş altı yarışla müqayisədə builki Qran Pridə ilk dəfədir, 100-dən çox ölkədən azarkeşlər Azərbaycanı ziyarət edəcəklər. Bu rəqəm Bakıdakı yarışın tarixində qeydə alınmış ən yüksək göstəricidir. Bundan başqa, bu il ölkəyə gələcək əcnəbi azarkeşlərin sayı ən yüksək həddə çatıb.
Yarış həftəsonuna 9 gün qalmış yalnız Bakcell (Azneft) və Xəzər tribunalarında məhdud sayda biletlər mövcuddur.
Qeyd edək ki, Azərbaycan Qran Prisi 28-30 apreldə baş tutacaq. Bakı ilk dəfə sprint yarışına ev sahibliyi edəcək.
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?























.jpg)















