Formula 1
“Əyləcə kifayət qədər güclü basmadım” - Pyer Qasli
“Üçüncü döngəyə yaxınlaşarkən əyləcə kifayət qədər güclü basmadım və təəssüf ki, divara çırpıldım”.
Publika.az xəbər verir ki, bunu “Alpin” komandasının pilotu Pyer Qasli “Formula-1” üzrə Azərbaycan Qran-prisində qəza törətməsi barədə danışarkən deyib.
Fransalı sürücü məyus olduğunu gizlətməyib:
“Hidravlika ilə bağlı problemlərə görə ilk məşq bizim üçün istənilən kimi alınmadı. Uşaqlar təmirdə inanılmazı bacardılar, sıralama turuna bir dəqiqə qalmış işi bitirdilər. Bəzi müsbət cəhətlərə baxmaq lazımdır, lakin ümumilikdə gün asan keçmədi. Sabah və bazar günü xal toplamaq üçün əlimizdən gələni edəcəyik. Ümid edirəm ki, sürpriz edə biləcəyik”.
Qeyd edək ki, Pyer Qaslinin bolidi sərbəst yürüş zamanı yanıb, sıralama turunda isə divara çırpılıb.
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
























.jpg)















