Formula 1
DJ Hardvel: "Bakı ildən-ilə daha da gözəlləşir"
Bakı ildən-ilə daha da gözəlləşir və maraqlı olur.
Publika.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Formula 1 Azərbaycan Qran-Prisi üçün Bakıya səfər edən DJ Hardvel deyib.
Niderlandlı musiqiçi daha əvvəl də Azərbaycana gəldiyini söyləyib: "İlk dəfə 2019-cu ildə bu gözəl şəhərə səfər etmişəm. Formula 1 yarışının bir parçası olmaq möhtəşəm hissdir. Dünənki konserti də izlədim. Yüksək səviyyədə təşkil olunmuşdu".
"Red Bull Racing"in pilotu Maks Ferstappenlə eyni ölkədən olan Hardvel sabah onun yaxşı çıxış edəcəyinə inandığını vurğulayıb: "Mən böyük "Formula 1" fanatıyam. 2017-ci ildə Meksika Qran-Prisində Dj kimi iştirak etmişəm".
O, hələlik Azərbaycan mətbəxi ilə tanış olmadığını sözlərinə əlavə edib: "Sizin musiqini dinləmək imkanım olmayib. Olacağı təqdirdə, gələcəkdə bundan faydalana bilərəm".
Qeyd edək ki, Azərbaycan Qran-Prisi aprelin 30-da başa çatacaq.
-
Rəsmi xronika17:36Prezident Gürcüstanın Baş nazirinin müavinini qəbul etdi - FOTO
-
Cənubi Qafqaz15:52Moskva-İrəvan xəttində dəmir yolu böhranı - Ermənistan Rusiyaya etiraz edir
-
Rəsmi xronika15:43İlham Əliyev Azərbaycanla Özbəkistan arasında iki sənədi təsdiqlədi
-
Sosial15:22Birdəfəlik sosial müavinətlər ödənildi
-
Magazin114:46“Boşanmalarda 99% qız tərəfi günahkardır” - Aşıq Zülfiyyə
-
Region14:10Ermənistan parlamentində müzakirə: Müxalifət hansı ölkəyə işləyir?
-
ABŞ13:46Vens xalqa səsləndi: Təşvişə düşməyin, amma ... - Nə baş verir?
-
İdman13:10Messinin həyat yoldaşı Maçu Pikçudan cazibədar FOTOLAR paylaşdı
















.png)























