Foto
Dünyanın ən möhtəşəm PAYIZ MƏNZƏRƏLƏRİ - Buraları görmədən ölməyin /FOTO
Romantik və melanxoliklərin fəsli olan payızın ən gözəl rəng tonlarını təqdim edən yerlər mənzərələri ilə göz oxşayır. Yay bitərkən təbiət də sarılara, narıncılara bürünüb vizual festival başladır. Saralan, qırmızıya çalan və tökülən yarpaqlar romantik görüntülər sərgiləyir. Dünyanın bəzi bölgələrində isə bu rənglər şəhərlərin simvolik məkanları və ya təbiətin fərqli gözəllikləri ilə bütünləşərək daha təsirli mənzərə yaradır.
Publika.az oxucularını payızın ən gözəl tonlarının yarandığı şəhərlərə virtual səyahətə aparır.
Bavariya, Almaniya
Burada özünüzü bir pəri nağılının içində hiss edəcəksiniz. Xüsusilə, neo-romantizm memarlıq stilində tikilmiş Neuschwanstein Qalası və ətrafındakı rəngarəng ağacların mənzərəsi gerçək olmayacaq qədər sehrli görünür.

Napa vadisi, ABŞ
Kaliforniya əyalətindəki Napa vadisi dünyaca məşhur ləzzətli şərabların istehsal olunduğu bölgədir. Üzüm bağlarının sonsuz üfüqlərə qədər uzanan mənzərəsi, bitkilərin yarpaqlarının saralanda Günəşi qısqandıracaq rəngə bürünməsi size valeh edəcək.

Seul, Cənubi Koreya
Cənubi Koreyanın paytaxtı Seulda payızın gəlişi ilə rəng dəyişdirən bitki örtüyü ilə zərif memarlıq quruluşunda olan məbədlər gözoxşayan mənzərə yaradır. Şəhərin “qəlbindəki” Bukhansan Milli Parkı kimi yerlərdə gəzmək payızda daha çox zövq verir.

Brügge, Belçika
Venesiyanı xatırladan, ancaq ondan daha fərqli bir ruha sahib olan Brüggedə kanalların yanına sıralanmış daş evlər və qırmızı yarpaqlı ağaclarla qüsursuz bir romantik payız kombinidir.

Yeni İngiltərə, ABŞ
Planetin bəlkə də ən gözəl payız rənglərinin ortaya çıxdığı Yeni İngiltərə bölgəsində bitən qovaq və ağcaqayınlar sarı, zoğal ağacları isə qıpqırmızı yarpaqları ilə bənzərsiz kontrastlar yaradır. Qəsəbələrindəki ağ və qırmızı binalar isə açıqca şəkilləri qədər mükəmməl mənzərə yaradır.

Praqa, Çexiya
Avropanın vizual olaraq ən cazibədar şəhərlərindən olan Praqa payızın rəng paletləri ilə daha da gözəlləşir. Yumşaq payız işıqları şəhərin dörd tərəfini əhatələyən parklarda və Vltava çayında əks olunanda Praqa nağıllar aləmi kimi görünür.

Zümrüd
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO


































.jpg)


