Foto
Reza Deqati ermənilərin Tərtərə atdığı fosfor bombalarını çəkdi - FOTOLAR
Dünyaca məşhur azərbaycanlı fotoqraf Reza Deqati hərbi əməliyyatların davam etdiyi Dağlıq Qarabağda çəkdiyi görüntüləri paylaşıb.
Publika.az xəbər verir ki, görüntülərdə erməni hərbi birləşmələrinin Azərbaycanın mülki yaşayış obyektlərinə hücumu zamanı istifadə etdiyi fosfor tərkibli bombaların partlayışı əks olunub.
R.Deqati bildirib ki, 3 noyabr 2020-ci il tarixində ANAMA-nın xüsusi mobil əməliyyat qrupları Tərtər rayonunun Səhlabad kəndi yaxınlığında iki ədəd partlamamış 122 mm-lik D-4 (P-4) ağ fosfor mərmi taparaq yerində zərərsizləşdirib. O da ANAMA-nın apardığı bu əməliyyata şahid olmaq üçün bir qrup fotoqraf, operator və jurnalistlə birgə həmin bölgəyə səfər edib.
“Ermənistan Azərbaycanın Tərtər bölgəsindəki mülki əhaliyə qarşı ağ fosfor mərmilərindən istifadə etməyə davam edir. Ağ fosfor daşıyan silahlar tənəffüs edildikdə, udulduqda və ya insan bədəninin yanıq olan hissələrindən daxilə keçərsə son dərəcə zəhərli olur və insan sağlamlığına ciddi mənfi təsir göstərə bilər. Bu cür silahlar ağır kimyəvi yanıqlara səbəb olur. Ermənistan fosfor bombalarından istifadə edir. Ağ fosfor maddəsi ilə mülki əhali və ya mülki obyektlərə, habelə meşələrə və digər bitki növlərinə edilən hücumlar 1980-ci il tarixli BMT-nin Yandırıcı Silahların İstifadəsinə Qadağa və Məhdudlaşdırmalara dair Konvensiyasının III Protokolu ilə qadağan olunub.
-
Ekologiya06:16Güclü külək yenidən qayıdır... - Son 10 ilin statistikası nə deyir?
-
Qoroskop01:40Günün ulduz falı: Rutin həyat tərzindən uzaqlaşacaqsız
-
Hadisə00:45Azərbaycanda yaxın günlərdə zəlzələlər gözlənilir
-
Sağlamlıq14 Avqust 23:35Satıcıların “möcüzəvi” kimi təqdim etdiyi ekzotik bal təhlükəli imiş - Zəhərləyir
-
Magazin214 Avqust 23:15Gökhan Özen ikinci dəfə evləndi - Foto
-
Ekologiya14 Avqust 22:32Böyükşor gölü niyə yaşıl rəngə boyandı? - Rəsmi açıqlama
-
Hadisə14 Avqust 21:13Azərbaycanda güclü zəlzələ oldu
-
MDB14 Avqust 20:36Ruslar Şimali Koreyaya axın edir - Nə baş verir?























.jpg)














