Foto
Anasından sevdiyi qıza elçi getməsini istədi - Şəhid Cavanşir Həmidlinin HƏYAT YOLU - REPORTAJ
44 günlük Vətən Müharibəsinin qəhrəmanlarından biri Lerik rayonun Çayrud kəndindən olan Cavanşir Həmidlidir.
Cavanşir hərbi xidmətini başa vurmasına cəmi iki ay qalmış şəhid olub.
O, müharibədə bir neçə yaralı yoldaşını döyüş meydanından çıxarmağı da bacarıb.
Cavanşir qardaşının ali təhsil almasını çox istəyirmiş. Atası ilə danışanda da bunu tez-tez dilə gətirib.
Cavanşirin atası Namiq Həmidli sonuncu dəfə oğlunu aylar öncə görüb. Ata oğlunu görmək üçün sentyabrın 27-də onun xidmətdə olduğu hərbi hissəyə gedib. Namiq Həmidli hərbi hissəyə çatan zaman oğlunun döyüş meydanına yollandığını görüb.
Şəhid Cavanşir Lənkəran Dövlət Universitetində təhsil alıb. Ali təhsilini hərbi xidmətdən sonra davam etdirmək istəyən Cavanşir ailə həyatı qurmağı da planlaşdırıb. Hərbi xidmətdən məzuniyyətə gəldiyi müddətdə anasından sevdiyi qıza elçi getməsini istəyib. Cavanşir şəhid olduqdan sonra sevdiyi qız Çayrud kəndinə gələrək onun məzarını ziyarət edib.
Publika.az olaraq şəhidimizin ailəsindən hazırladığımız reportajı təqdim edirik.
Orxan Əzim
-
Hadisə13:20Masazırda dəhşətli qəza: Ölən və xəsarət alanlar var - YENİLƏNDİ/VİDEO
-
Magazin212:36Ciqan xidmətçiləri girov götürdü, öz mühafizəçisini yaraladı
-
Rəsmi xronika12:30İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
-
Hadisə11:42Bakıda avtobus qəzaları - GÖRÜNTÜLƏR
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?
-
Dünya09:00DƏHŞƏTLİ QƏTL: Məşhur modeli hissələrə ayırıb qazanlara yığdılar








































