Gözəllik
Bütün dövrlərin ən dəbli qısa saç kəsimləri - FOTO
Qısa saçlar bir zamanlar cəsarətli azadlığın simvolu idi: qıvrım saçlarını və hörüklərini kəsdirən qadınlar bununla kifayətlənməyərək, geniş çiyinli kişi gödəkçələri və cins şalvarları geyinməyə başladı. Beləliklə, kişi qarderobuna hücum çəkən zərif cinsin nümayəndələri sübut etdi ki, qadın istənilən sahədə zəfər çala bilər. Gözəlləşmək və dəyişmək üçün yaradılan qadın bu yolda özünə rəqib tanımır.
Publika.az xəbər verir ki, bir çox moda inqilablarına imza atan əfsanəvi dizayner Koko Şanel saç kəsimində də yenilikçi davranmışdı. Qabriella Şanel, Tviqqi və Odri Hepbern oğlan saç kəsimlərinə üstünlük versə də, olduqca zərif görünürdülər.
90-cı illərdə isə qısa saç xüsusi cazibə və xüsusi estetika sayılmağa başladı: Demi Murun baş rola çədkildiyi “Ruh” filmini xatırlayın. Onun bu obrazı kulta çevrilmişdi. Film ekranlara çıxdıqdan sonra aktrisanın saç kəsimini minlərlə qadın təkrarlamışdı. Həmçinin şahzadə Diananın da qısa saç kəsimi gözəllik salonlarında ən çox tələb olunan fasonlardan biri idi. Və belə nümunələr çoxdur.
Qısa saç kəsimləri bu günə qədər populyarlığını itirmir. Zoya Kravitz, Emilia Klark, Mayli Sayrus, Enn Heteuey, Kara Delevin, Keyt Blanşet, Skarlet Yohanson, Cennifer Laurens, kimi Hollivud aktrisaları uzun saçlarını qısa kəsimə dəyişən cəsarətli stil ikonalarıdır.
Aytən Məftun
-
Qoroskop01:20Günün ulduz falı: saf davranışlarınız bəzi problemlərə yol aça bilər
-
Magazin111 Oktyabr 22:48Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü - Video
-
Art11 Oktyabr 20:46“Bu mahnılar artıq Azərbaycana məxsus deyil” – Rəşid Behbudovun kürəkəni
-
Dünya11 Oktyabr 20:18Nazirlərə təhdidlər göndərən şəxs saxlanıldı
-
Dünya11 Oktyabr 19:13Zelenski Ukraynada seçkinin keçirilməsi üçün şərtini açıqladı
-
Nida Xəbər 11 Oktyabr 17:33Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəldi
-
Hadisə11 Oktyabr 16:09Əməkdar jurnalist vəfat etdi - Foto
-
Avropa11 Oktyabr 15:31Britaniyadan Zelenskiyə açıq dəstək - Nazir Trampın sirrini yaydı












.jpg)


_28385.jpg)



















.jpg)
