Gözəllik
Kişilər cavan qalmaq üçün nə etməlidir?
30 yaşdan yuxarı kişilər yaşlanma əleyhinə krem və ya geldən istifadə etməlidirlər.
Publika.az xəbər verir ki, bu sözləri dermatoloq-kosmetoloq Yuliya Sokolova deyib. O qeyd edib ki, bədənə qulluq məhsulları alarkən “qocalığın ilk əlamətlərinə qarşı” və ya “ilk qırışlara qarşı” işarəsinə diqqət yetirmək lazımdır. Mütəxəssisin sözlərinə görə, kremlərin tərkibində yaşlanma əleyhinə antioksidantların olması vacibdir. Bu xüsusiyyətlər dəri dəyişikliklərinə müqavimət göstərməyə və onun həssaslığını azaltmağa kömək edir. Kişilər 40 yaşından sonra xüsusilə gözətrafı qırış əleyihinə kremlərə fikir verməlidir.
“Bu yaşda gündəlik qulluqda göz ətrafındakı dəri məhsulların tətbiqi faydalıdır, yuxusuz gecələr artıq izsiz keçmir. Yaşlanma əleyhinə üz dərisi kremlərinə stimullaşdırıcı komponentlər, yeniləyici və liftinq effekti verən antioksidantlar əlavə olunur”, - Sokolova bildirib.
Ekspertin fikrincə, kişinin dərisi zədələnibsə, illər keçdikcə o, daha da pisləşir. Zamanla testosteron səviyyəsinin azalması səbəbindən almacıq sümüklərində və ya dodaqların ətrafında quruluq görünə bilər. Həkim vurğulayıb ki, növündən asılı olmayaraq dəriyə qulluq üç mərhələdən ibarətdir: təmizləmə, nəmləndirmə və tonusu artırma.
Aytən Məftun
-
Avropa22:12Papa əməliyyat olundu
-
İdman22:00“Sabah” “Slaviya”nı məğlub edir - CANLI/YENİLƏNİR
-
Art21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi
-
ABŞ21:12İlon Maskın sevinci cəmi 4 gün çəkdi
-
Art19:36Leyla Əliyeva “44”ün təqdimat mərasimindən paylaşım etdi - VİDEO
-
İnanc18:36“Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm” - VİDEO
-
Magazin118:24“Bu gün verilən qərarlara görə bir neçə il sonra təşəkkür edəcəksiniz”

































