Gözəllik
Dərinin nəmliyini qoruyan və qrışları aradan qaldıran məhsul
Quru dəri problemlərdən qurtulmaq üçün su rejiminə riayət etmək və pəhrizdə əhəmiyyətli bir dəyişiklik etmək laızmdır.
Publika.az xəbər verir ki, bu barədə diyetoloq İradə Mansurova məlumat verib. Həkim bildirib ki, xüsusilə qışda tez-tez yaşanan dəri quruluğu problemini aradan qaldırmaq üçün tərbikibində Omeqa-3 yağları olan məhsullara üstünlük verilmılidir:
"Quru dəridən necə qurtulmaq istəyirsinizsə, rasionunuza da diqqət yetirməlisiniz. Gündəlik pəhrizi müxtəlif bitki yağları ilə, xüsusən də kətan toxumu ilə zənginləşdirmək tövsiyə olunur. Çünki kətan toxumunun tərkibində omeqa-3 yağ turşularının miqdarı digər bitki mənşəli yağlara nisbətən daha çoxdur. Kətan toxumu yağında da xarici qocalmanın qarşısını alan bir çox komponentlər var.
Balıq omeqa-3-lə zəngin məhsuldur, avokado faydalı yağlarla zəngindir, dərinin nəm balansını saxlamağa kömək edir, eyni zamanda antioksidantlar, maqnezium, K və D vitaminləri və ya fol turşusu anbarıdır. Yumurta dərinin vəziyyətinə də yaxşı təsir göstərə bilər, çünki zülalda lazımi amin turşuları, sarısında isə A, B12, E, D, B5 vitaminləri və biotin var.
Mən narıncı meyvə və tərəvəzləri məsləhət görürəm - beta-karotin anbarıdır, orqanizm ondan A vitamini sintez edir. Qoz-fındıq kimi çərəzlər dərinin bərpa olunmasına və uzun müddət təbii olaraq nəmlənmiş qalmasına imkan verən yağ mənbəyidir. Fındıqda E vitamini, günəbaxan tumunda selen, balqabaq tumunda çoxlu miqdarda sink var", - Mansurova bildirib.
Aytən Məftun
-
Kriminal19:40Azərbaycanda övladlarına işgəncə verən ana və ögey ata həbs edildi
-
Elm və təhsil18:30Övladını dərsdən yayındıran valideynləri hansı məsuliyyət gözləyir? - Rəsmi
-
Hadisə18:20Ceyranbatanda çoxmərtəbəli yaşayış binasında yanğın - Foto/Video/Yeniləndi
-
Rəsmi xronika15:44Türkmənbaşıda Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirildi - YENİLƏNDİ
-
Nida Xəbər 14:40Hərbi vəzifəlilərin NƏZƏRİNƏ! - Baş nazirdən QƏRAR
-
Dünya14:02Qarşıdan gələn qış Avropa üçün ağır keçə bilər: Qaz çatışmazlığı riski artır
-
Sosial13:28İlham Əliyev MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış oldu - FOTO
-
Sosial13:24Qadınlar işdə səhvlərini niyə etiraf etmirlər? - Səbəb cəza deyil, kişi...




































.jpg)

