Gözəllik
İdmanın dəriyə inanılmaz təsiri
İdman və balanslaşdırılmış pəhriz bədənin ümumi vəziyyətinə, xüsusilə zahiri görünüşə müsbət təsir göstərir.
Publika.az xəbər verir ki, bu barədə "Ura.ru"ya dermatokosmetoloq Tatyana Malışeva məlumat verib. Mütəxəssisin sözlərinə görə, fiziki fəaliyyət və düzgün qidalanma əzələlərin və dərinin sağlam olmasına kömək edən kollagenin istehsalına kömək edir.
"Düzgün balanslaşdırılmış qidalanma bədəndə kollagenin sintezinin yaxşılaşmasına zəmanət verir, kollagen əzələləri yaxşı formada saxlamağa və onların həcmini qorumağa kömək edir. Bədən üçün kollagen binanın armaturu kimidir, əgər çıxarsanız, hər şey dağılacaq. Kollagen sintezini artırmaq üçün qızılbalıq ailəsinin balıqları, qırmızı ət, ət suyu, toyuq əti, sitrus meyvələri, brokkoli, alma və qarağatın gündəlik qida rasionuna daxil edilməsini şüddətlə tövsiyə edirəm", - həkim bildirib.
Malışeva onu da qeyd edib ki, insan hərəkət edərkən, məsələn, məşq zamanı bütün bədən işləyir: əzələlər hərəkəti təmin edir, qan dövranı yaxşılaşır, ağciyərlər isə orqanları oksigenlə təmin edir.
Aytən Məftun
-
Art19:36Leyla Əliyeva “44”ün təqdimat mərasimindən paylaşım etdi - VİDEO
-
İnanc18:36“Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm” - VİDEO
-
Magazin118:24“Bu gün verilən qərarlara görə bir neçə il sonra təşəkkür edəcəksiniz”
-
Nida Təhlil 17:00Məktəbli forması şəxsi seçim deyil, ümumi qaydalarla tənzimlənməlidir - Professor
-
Dünya15:32Bu ehtiyatlar da yoxa çıxır: Dünyanın daha bir ciddi ərzaq böhranı gözləyir
-
Dünya13:38Rusiya geri çəkildi, bu bazarı Türkiyə tutur
-
Rəsmi xronika11:02İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü oldu
-
Nida Xəbər 10:39Pensiya alanların nəzərinə

































