İqtisadi gündəm
Musa Quliyev: “Gələn il Azərbaycan üçün uğurlu il olacaq”
“Azərbaycan artıq neftdən asılı olmayan bir ölkə kimi
inkişaf edir”.
Bu barədə Publika.az-a açıqlamasında Milli
Məclisin deputatı Musa Quliyev Prezident İlham Əliyevin Nazirlər
Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının
yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında
çıxışı haqda danışarkən deyib.
M.Quliyev qeyd edib ki, Prezident İlham Əliyevin bəyan etdiyi
strateji inkişaf xətti doğrudur və bu xətt qabarıq şəkildə
görünür.
“Son illərdə neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi və
Azərbaycanda neftdən asılılığın aradan qaldırılması müşahidə
edilir. Dövlətimizin başçısının qeyri-neft sektorunun əsas dörd
istiqaməti üzrə - kənd təsərrüfatı, turizm, nəqliyyat və
informasiya-kommunikasiya texnologiyaları istiqamətində qarşıya
qoyduğu vəzifələr müvafiq qurumlar tərəfindən həyata keçirilir.
Ötən doqquz ay ərzində Azərbaycanın ümumi daxili məhsulu 2,4 faiz
artıb. Digər sahələrdə, xüsusilə kənd təsərrüfatı, sənaye
sahələrində də artım var. Bütün bunlar onu göstərir ki,
Azərbaycanın hərtərəfli inkişafı təmin edilib. Prezident İlham
Əliyev kənd təsərrüfatının emal sənayesinin inkişafının müsbət
nəticələrini xüsusilə qeyd etdi. Dövlətimizin başçısı ixrac
potensialının kifayət qədər olduğunu, artıq görülən işlərin real
nəticələr verdiyini söylədi. Bildirdi ki, Azərbaycana kənd
təsərrüfatı sektorundan ixrac nəticəsində milyonlarla dollar
valyuta daxil olub”, - deyə o vurğulayıb.
Milli Məclisin deputatı Prezidentin turizmin inkişafı ilə bağlı
fikirlərini və verdiyi tövsiyələrini də şərh edib: “Dövlətimizin
başçısı bu sahənin daha da inkişaf etdirilməsi, gəlirli sahəyə
çevrilməsi üçün görülən işləri qeyd etdi. İclasda logistik
xidmətlərin genişləndirilməsinin və bu sahədə yeni mərkəzlərin
yaradılmasının da Azərbaycanın ixrac potensialının
yaxşılaşdırılmasına, həm də qeyri-neft sektorunun inkişafına öz
töhfəsini verəcəyi vurğulandı. Dövlətimizin başçısı xüsusilə qeyd
etdi ki, bu yaxınlarda “Əsrin müqaviləsi”nin 2050-ci ilə qədər
uzadılması Azərbaycanın ən böyük uğurlarından biridir. Bununla
yanaşı, Prezident İlham Əliyev ölkəmizdə ictimai-siyasi sabitliyin
olduğunu vurğuladı. Bu, xalqın ölkə Prezidentinə inamı ilə bağlıdır
və qarşılıqlı məhəbbətdən irəli gəlir. İclasda Prezident İlham
Əliyev qarşıda duran məsələlər barədə də fikirlərini söylədi,
bununla bağlı tapşırıq və tövsiyələrini verdi. Yol
infrastrukturunun inkişaf etdirilməsi, ixrac potensialının
artırılması vacib məsələlərdir. Prezidentin iclasdan sonra
qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər
Planının təsdiq edilməsi haqqında imzaladığı Sərəncam mühüm
əhəmiyyət daşıyır. Qaçqın və məcburi köçkünlərin sosial şəraitinin
yaxşılaşdırılması ilə dövlətimizin başçısı söylədi ki, yaxın ildə
minlərlə ailə yeni mənzillərlə təmin olunacaq. Təkcə qaçqın və
məcburi köçkünlərin deyil, eyni zamanda, sosial evlər layihəsinin
bir uğurlu nəticəsi kimi aztəminatlı ailələrin də mənzil şəraitinin
yaxşılaşdırılması mümkün olacaq”.
M.Quliyev əlavə edib ki, gələn il Azərbaycan üçün uğurlu il
olacaq.
“Heç də təsadüfi deyil ki, artıq beynəlxalq reytinq də Azərbaycanın
vəziyyətinin yaxşı olduğunu göstərir və ölkəmiz daha yüksək yerlər
tutmaqda davam edir. Bu, onu göstərir ki, Azərbaycan iqtisadiyyatı
harmonik inkişaf edir və şaxələnmiş iqtisadiyyatdır. Bu da ölkədə
balanslaşdırılmış siyasətin aparılmasının bariz nümunəsidir”, -
deyə Milli Məclisin üzvü diqqətə çatdırıb.
Asif
-
Dünya17:20
Ukraynanın amansız hücumu: Ötən gecə Rusiya üçün çətin olub
-
Dünya16:00
İran Trampı öldürmək üçün hərəkətə keçdi: Siyahıda onların da adı var
-
Sosial14:40
Azərbaycanda hotellərin qiyməti qalxır: Səbəblər bəllidir
-
İqtisadi gündəm14:02
Türkiyə üçün tarixi şans: Ankara bunu siyasi "kozır"a çevirəcək
-
Sosial13:00
Əhməd Əhmədova ailə mülkiyyətindən pay düşürmü? - Vəkil danışdı
-
Dünya12:20
Ukrayna üçün şok proqnoz: "Sadəcə öləcək!"
-
Sosial11:45
Emin Ağalarovun ev verdiyi qadın görün kim imiş - VİDEO
-
Sosial11:30
Bakıda taksilərlə bağlı bu problem həll olunur: Daha narazılıq olmayacaq?