İqtisadi gündəm
Vahid Əhmədov: "İnsanların mərkəzdən bölgələrə üz tutması mühüm haldır"
"Regionların sosial-iqtisadi inkişafı üzrə qəbul edilən dövlət proqramları çərçivəsində bölgələrə çox böyük maliyyə yardımı edilib".
Publika.az xəbər verir ki, bu sözləri millət vəkili Vahid Əhmədov “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda irəli sürülən fikirlərə münasibət bildirərkən deyib.
Millət vəkili proqramlar çərçivəsində bölgələrdə yeni-yeni layihələrinin icra edildiyini bildirib.
“Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı bu istiqamətdə qəbul edilən üçüncü proqram idi. Bu üç proqramın icrası zamanı qaz, elektrik, su ilə təminat, avtomobil yollarının çəkilişi layihələrinin əksəriyyəti icra edilib. Qazla bağlı isə müəyyən qədər problemlər həllini gözləyir”.
V.Əhmədov bu illər ərzində Azərbaycanın beynəlxalq aləmdə imicinin kifayət qədər yüksəldiyini deyib:
“Son vaxtlar Azərbaycanda çoxsaylı beynəlxalq layihələr icra edilib, 30 milyarddan artıq sərmaye yatırılıb. Bütün bunlar barədə ötən gün konfransda cənab Prezident ətraflı məlumat verdi, həmçinin qarşıda duran vəzifələr - kənd təsərrüfatı, turizm, sənaye ilə bağlı da danışdı. Hesab edirəm ki, bu konfrans son dərəcə önəmli idi. Çünki regionların inkişafı bizim üçün vacib məsələdir. Bir vaxtlar Azərbaycan regionlarından Bakıya axın çox idi. Bu gün isə regionlarda yaradılan sənaye sahələri artıq paytaxta gələn əhalinin geri qayıtmasına imkan yaradır. İnsanların mərkəzdən bölgələrə üz tutması mühüm haldır. Təbii ki, bunun da başlıca səbəbi iş yerlərinin artması, iri layihələrin həyata keçirilməsidir. Enerji və nəqliyyat sahəsindəki beynəlxalq layihələr Azərbaycanı region üçün önəmli ölkəyə çevirib. Faktiki olaraq Azərbaycan nəqliyyat mərkəzinə çevrilir. Ələt ticarət limanı tikiləndən sonra, orada xüsusi iqtisadi zonanın yaradılması barədə Milli Məclisdə qanun qəbul edəcəyik. İşlər görülür, bunlar hamısı da beynəlxalq aləm tərəfindən izlənilir. Ən mühüm məsələ isə Azərbaycanın stabil dövlət olmasıdır. Buna görə də ölkəmizə maraq böyükdür”.
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO














.jpg)






















.jpg)


