İqtisadi gündəm
Kriptovalyuta bazarında satış başladı
Kriptovalyuta bazarında yanvarın 7-dən etibarən başlayan satışlar yenidən sürətlənib.
"Report" xəbər verir ki, kriptovalyuta bazarının kapitallaşması yenidən 500 mlrd. dollardan aşağı enib və hazırda 477 mlrd. dollar təşkil edib.
Qeyd edək ki, kriptovalyuta bazarının kapitallaşması yanvarın 7-də 832 mlrd. dollar səviyyəsini ötdükdən sonra yanvarın 17-də 2018-ci ilin hələlik minimal səviyyəsi olan 428 mlrd. dollar səviyyəsinə qədər geriləyib. "Bitcoin" bu gün yenidən 10 000 dollardan aşağı düşüb və hazırda 9400 dollara satılır. "Ripple"ın qiyməti isə 1 dollardan aşağı düşüb.
Kriptovalyuta bazarında satışların bir müddət davam edəcəyi və bazarın kapitallaşma həcminin 400 mlrd. dollardan aşağı düşəcəyi proqnozlaşdırılır. Daha sonra isə yenidən yüksəlişin başlayacağı və 2018-ci ildə bazarın kapitallaşmasının 1 trln. dolları ötəcəyi ehtimal edilir. Xatırladaq ki, "bitcoin" bazarda 33,4% kapitallaşma ilə liderliyini qoruyub saxlayır.
-
Magazin121:12Qızının sürprizi aparıcını ağlatdı
-
İKT20:12Smartfonun ömrünü belə uzatmaq olar
-
Sosial18:48Mehman Mehdiyev vəzifəsindən getdi
-
Sosial17:50Bu şəxslərə hər ay 100 manat veriləcək - YENİ QƏRAR
-
Dünya16:23Donald Trampa bənzəyən buğa gündəm oldu: Qurbanda kəsəcəklər - FOTOLAR
-
Sosial14:40Deputat: Uşaqpulu tənbəllik yarada bilər - VİDEO
-
Sosial14:27"Telegram" və "WhatsApp" istifadəçilərinə xəbərdarlıq - Hakerlər məlumatlarınızı oğurlayır
-
Rəsmi xronika13:38Makron İlham Əliyevə zəng vurdu


























.jpg)










