İqtisadi gündəm
2019-cu il daha uğurlu il olacaq - Tahir Mirkişili
“Əvvəldən qarşıya qoyulan hədəflərə uyğun olaraq 2018-ci ildə iqtisadi artım müşahidə edildi. Ümumdaxili məhsul 1, qeyri-neft sektoru 1.3 faiz, qeyri-neft sənayesi 9 faizdən çox artdı. Demək olar ki, iqtisadiyyatın bir çox sahələrində ümumi artım müşahidə edildi”.
Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Tahir Mirkişili deyib.
Millət vəkili bildirib ki, bu artımın əsas səbəbi aparılan iqtisadi islahatlardır.
“Əldə edilən uğurlar həm də 2018-ci ildə iqtisadiyyatda yeni modelə keçidin bitməsi ilə əlaqələndirilə bilər. Çünki qeyri-neft sektorunun ümumdaxili məhsulda payı 65 faizi keçir, yaradılan yeni emal müəssisələri hətta neft sektorunda keyfiyyət dəyişikliyinə səbəb olmuşdu. Bunlar isə 2018-ci il iqtisadiyyatın sabitləşməsi, makroiqtisadi sabitliyin qorunub saxlanılması, əhalinin sosial təminatı ilə bağlı həyata keçirilən proqramlar, yeni iş yerlərinin açılması, əvvəlki illərdə həyata keçirilən iqtisadi islahatlar, dayanıqlı iqtisadi inkişaf nümayiş etdirməsi yolunda mühüm mərhələdir. Dünya Bankının Douing hesabatında Azərbaycan birdən-birə 32 pillə irəliləyərək, 25-ci yerdə qərarlaşdı. Bununla yanaşı, ən çox islahat aparan ölkə kimi dəyərləndirildi”.

T.Mirkişili bildirib ki, bu il daha çox istisadi artım proqnozlaşdırılır:
“Hökumətin verdiyi proqnozlar, həm də islahatlar 2019-cu ildə ümumdaxili məhsulun 3.6 faiz, qeyr-neft sektorunun 3.9 faiz artacağını söyləməyə əsas verir. Yeni-yeni zavodların açılması həm neft, həm də qeyri-neft sənayesində yeni uğurlar gətirəcək. Üstəlik gələn ilin büdcəsi bu ildən daha çoxdur. Dövlət və özəl sektor tərəfindən yeni investisiya imkanları yaranır. Bütün bunlar 2019-cu ilin ötən ilə nisbətən daha uğurlu iqtisadi il olacağını deməyə əsas verir. Bu həm ixrac, həm də əhalinin ümumi rifah halında özünü göstərəcək. Büdcədə nəzərə alınan xərclər pensiyaların, orta aylıq əməh haqqının daha çox artmasına, yeni iş yerlərinin açılmasına imkan yaradacaq”.
Gülxar
-
Dünya13:44Qalmaqal: Sərxoş kişi prezidenti küçədə öpmək istədi - VİDEO
-
Rəsmi xronika13:26İlham Əliyev sərəncam imzaladı
-
Dünya12:52Türkiyənin yeni dəhlizi İsraildə təşviş yaratdı: Təl-Əviv bölgədəki mövqeyini itirir
-
Sosial12:46Pensiya yaşı ilə bağlı deputatdan təklif: 3 və daha çox uşağı olanlar...
-
İdman12:40“Qarabağ”ın ingilislərlə 8-ci dueli: 10 illik həsrət bitəcək?
-
MDB11:30Moskvada görüş: Şoyqu Azərbaycan və Ermənistandan olan həmkarları ilə nəyi müzakirə edəcək?
-
Nida Xəbər 11:06Mirzoyan sülh müqaviləsindən danışdı: Bu, üçüncü dövlətlərə imkan verməyəcək ki...
-
Magazin210:24Xalq artistinin biznesi təhlükədə: Qızının adını daşıyan brend əldən gedir - FOTO










.jpg)




.jpg)
.jpg)

.jpg)






















