İqtisadi gündəm
Azərbaycan Türkiyə üçün etibarlı, strateji müttəfiqdir - ŞƏRH
“Bu səfər Azərbaycanla Türkiyə arasında ticarət tərəfdaşlığının və müttəfiqliyinin bir daha təsdiq edilməsi baxımından önəmli oldu”.
Bunu Publika.az-a açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərini şərh edən iqtisadçı Elşad Məmmədov deyib.
İqtisadçı bildirib ki, Türkiyə prezidentinin Azərbaycana səfərinin əsasında qarşılıqlı fayda durur: “Türkiyəyə yerləşdirilən birbaşa xarici investisiyalar nöqteyi nəzərdən Azərbaycan aparıcı mövqedədir. Digər tərəfdən Türkiyə və Azərbaycan arasında əməkdaşlıq həm nəqliyyat layihələrinin reallaşdırılması, həm də enerji daşıyıcılarının nəqli ilə bağlı Türkiyənin kifayət qədər rəqabət imkanlarını gücləndirib. Trans-Anadolu qaz kəmərinin (TANAP) istifadəyə verilməsi Türkiyənin qaz tədarükü ilə bağlı mövqeyini gücləndirib. Eyni zamanda Türkiyənin tədiyyə balansında yaranan kəsirin bağlanmasında Azərbaycan sərmayələrinin çox böyük rolu var. Ölkəmiz Türkiyə üçün etibarlı, strateji müttəfiq kimi çıxış edir. Azərbaycanın qaz və neft ixracı baxımından açar ölkə kimi Türkiyəni seçməsi də əslində təsadüfi deyil. Bu, Azərbaycanın uzunmüddətli strategiyasının önəmli hissəsidir”.
E.Məmmədov qeyd edib ki, Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri Azərbaycanla Türkiyə arasında ticarət tərəfdaşlığının və müttəfiqliyinin bir daha təsdiq edilməsi baxımından önəmli hal daşıyır: “Ölkələrarası münasibətlər dayanıqlıdır. Türkiyə ilə ticarət dövriyyəsi artıb. Doğrudur, bu əsasən Azərbaycanın qaz ixracı hesabına formalaşıb. Amma eyni zamanda qeyri-neft sektorunda da artım dinamikasını müşahidə edirik. Səfər çərçivəsində imzalanan sənədlər bundan öncəkilərin məntiqi davamıdır. Burada diqqət cəlb edən məsələ Naxçıvanın enerji balansında şaxələndirməyə nail olmaqdır. İndiyə qədər İran enerji daşıyıcılarının alınması məsələsi Naxçıvan üçün mövcud prioritet idi. Artıq Türkiyənin də bu istiqamətə qoşulmasını müşahidə edirik. Bu proses çoxdan gerçəkləşməli idi. Türkiyənin Naxçıvanla sərhəddə tətbiq etdiyi məhdudiyyət isə qısamüddətli oldu. Onun ciddi iqtisadi fəsadları olmayacaq”.
Məhərrəm Əliyev
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp







.jpg)




.png)
















.jpg)
.jpg)





