Neftin qiyməti niyə kəskin ucuzlaşdı? - Ekspert AÇIQLADI
Bizi izləyin

İqtisadi gündəm

Neftin qiyməti niyə kəskin ucuzlaşdı? - Ekspert AÇIQLADI

"Başqa səbəb axtarmağa ehtiyac yoxdur. Təklif tələbi kifayət qədər üstələyib".

Bunu Publika.az-a açıqlamasında ABŞ neftinin kəskin ucuzlaşması ilə bağlı danışarkən Neft Araşdırmalar Mərkəzinin rəhbəri, ekspert İlham Şaban deyib.

O bildirib ki, WTI markalı ABŞ neftinin qiymətinin mənfiyə (1 ABŞ senti) düşməsi tarixdə bir ilk idi: "Bazar iştirakçıları üçün isə böyük bir şok effekti yaratdı. Oklahoma ştatında onların böyük bir terminalı var. Bizə məlum olan xəbər bu oldu ki, artıq anbarlar doludur. Bunun fonunda neft ucuzlaşmağa başladı. Amerika prezidentinin neftin qiymətinin kəskin ucuzlaşması ilə bağlı bəyanatı oldu. Donald Tramp qeyd etdi ki, bu, bazarda qısamüddətli yaşanan bir haldır və biz bunu tezliklə aşacağıq.

Bu gün artıq hərraclar başlayanda Nyu-York birjasında Qərbi Texas markalı neftin (WTI - West Texas Intermediate) bir barelinin qiyməti 2 dollar idi.

Neft bundan öncəki günlərdə də kifayət qədər ucuz olanda, istehlakçılar onu dəfələrlə alıb, anbarlara yığaraq istifadə etmişdilər. Nəticə etibarilə bu onsuz da özünü qiymətlərdə göstərməli idi".

İlham Şabanın neftin qiyməti ilə bağlı proqnozu isə belədir: "Bazar iştirakçıları pandemiyadan iqtisadiyyata asta templə çıxdıqdan sonra tələbin artımını gözləyirlər. Tələb artdıqca, neftin qiymətlərində də artım müşahidə olunacaq. Neftin qiymətinin kəskin ucuzlaşması dünya iqtisadiyyatının daralması deməkdir. Dünya iqtisadiyyatı bu əngəldən tədricən çıxdıqca, tələb-təklif balansı tarazlaşdıqca, neftin qiymətində də artım müşahidə ediləcək. Yəni bu ehtiyatlar, tələb-təklif azalmalı, daha sonra bazara verilən neft həcmləri hasilata salınmalı və 4-cü rübdə qiymətin 35 dollar olmasını gözləməliyik. İstər Rusiya, istərsə də maliyyə institutları və investisiya banklarının proqnozu eynidir. Çünki nefti həzm edən iqtisadiyyat olmalıdır. O iqtisadiyyat isə enişə doğru gedir. Bu da birbaşa pandemiya ilə bağlıdır".

Məhərrəm Əliyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm