İqtisadi gündəm
33 obyektdə sanitariya-gigiyena tələbləri pozuldu
İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) pandemiya şəraitinin zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət tədbirlərini davam etdirir.
Nazirliyin mətbuat xidmətindən Publika.az-a a bildirilib ki, noyabrın 23-də keçirilən monitorinqlər zamanı Xətai rayonunda “Al market”də, Kənan Lazımlıya, Zamir Alxasova məxsus mağazalarda, Yasamal rayonunda “Araz market”də, Xəqani Hümbətova məxsus şirniyyat mağazasında, Səbail rayonunda “İnsaf market”də, “Nə alsan 1 manat” mağazasında, Binəqədi rayonunda “Zeytun pharmaceuticals” MMC-yə məxsus “Aptek”də, Ramin Cəbiyevə məxsus çörək sexində, Nərimanov rayonunda Rafiq Xəlilova, Eldəniz Süleymanova məxsus mağazalarda, Nəsimi rayonunda Nazim Nəbiyevə, Elnur Məmmədova məxsus pərakəndə ticarət obyektlərində, Nizami rayonunda Namiq Novruzova, Rasim Quliyevə məxsus mağazalarda, Qaradağ rayonunda Saleh İsmayılova, Rövşən Mehdiyevə məxsus pərakəndə ticarət obyektlərində, Sabunçu rayonunda Cahid İsayevə məxsus mağazada, Suraxanı rayonunda Firudin Məmmədova məxsus ərzaq dükanında, Fikrət Həsənova məxsus mağaza və dülgər sexində, Xəzər rayonunda Şahin Hacıyevə məxsus “Tikinti materiallarının satışı” mağazasında, Sumqayıt şəhərində Səidə Babayevaya, Sura Abdullayevaya məxsus mağazalarda, Abşeron rayonunda Məmmədağa Cəbrayılova məxsus tikinti malları mağazasında, Ehtiram Quliyevə məxsus mebel sexində, ümumilikdə 33 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib.
Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görülüb.
-
Magazin121:00Azərbaycanlı aktrisa ana oldu
-
Ekopublika.az20:24Azərbaycan neftinin ən iri idxalçıları - Siyahı
-
Hadisə20:12Nəzarətsiz ərazidə 22 yaşlı gənc batdı
-
Kriminal19:20Dəhşətli qətldə təqsirləndirilənin həyat yoldaşı məhkəmədə nəyi etiraf etdi?
-
Dünya17:30Ərdoğanın gizli planı: Tramp Netanyahuya qarşı hərəkətə keçdi
-
Rəsmi xronika16:02İlham Əliyev sərəncam imzaladı
-
MDB15:48Rusiya halvasında ağır metal aşkarlandı – Belarus geri qaytardı, Azərbaycanda da satılır
-
Nida Xəbər 15:28XİN-dən vətəndaşlara çağırış: Qara dənizdə təhlükə artır




































