İqtisadi gündəm
KOBİA və KOSGEB arasında görüş keçirildi - FOTO
Türkiyəyə səfər çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov bu ölkənin Kiçik və Orta Müəssisələrin İnkişafı və Dəstəklənməsi Təşkilatının (KOSGEB) rəhbəri Hasan Basri Kurt ilə görüşüb.
KOBİA-dan Publika.az-a bildirilib ki, görüşdə iki ölkə arasında KOB sahəsində əməkdaşlıq imkanlarına, Türkiyənin KOB sektorunda uğurlu təcrübəsinin Azərbaycanda tətbiqinə, birgə tədbirlərin və layihələrin həyata keçirilməsinə dair fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, Azərbaycan bütün sahələrdə, o cümlədən KOB sahəsində dost və qardaş Türkiyə ilə əməkdaşlıq edir və bu istiqamətdə KOSGEB və KOBİA yaxın tərəfdaşlardır. Agentlik KOSGEB-in KOB-ların dəstəklənməsi, bilik və bacarıqlarının artırılması, maliyyəyə çıxışının asanlaşdırılması istiqamətlərində təcrübəsindən yararlanmaqda maraqlıdır, o cümlədən post pandemiya dövründə KOSGEB-in KOB-lara göstərəcəyi dəstək tədbirləri xüsusi maraq kəsb edir.
Görüşdə həmçinin, pandemiya dövründə KOB-ların elektron ticarət platformalarından istifadəsinin genişləndirilməsi imkanlarına dair müzakirələr aparılıb.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi









.jpg)

.jpg)


























.jpg)
.jpg)
