İqtisadi gündəm
Dövlət Taxıl Fondu ərzaqlıq buğda tədarükünə başladı
Aqrar Sığorta Fondu Azərbaycanda 1 hektar taxıl sahəsini yanğından sığortalanma qiymətini açıqlayıb.
Fondun mətbuat xidmətindən Publika.az-a verilən məlumatda bildirilir ki, Azərbaycanda son günlər ayrı-ayrı regionlarda baş verən yanğın hadisələri, o cümlədən açıq ərazilərdə olan yanğınlar taxıl və digər əkinləri də əhatə edir. Eləcə də, bir sıra regionlarda havaların qeyri-sabit keçməsi və dolu-yağış halları əkinlərə də zərər vurur.
Aqrar Sığorta fondu fermerlərə və iş adamlarına xatırladır ki, ölkədə dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi vasitəsilə taxıl və digər əkinləri sərfəli şərtlərlə, 50% dövlət güzəşti ilə sığortalamaq mümkündür. Nəticədə iş adamları cüzi məbləğ ödəməklə öz sahələrini bütün əsas risklərdən və təbiət hadisələrindən sığorta edə bilərlər.
Aqrar sığorta tariflərinə əsasən 1 hektar taxıl (buğda-arpa) sahəsini yanğından, doludan və digər hadisələrdən sığortalanması üçün sığorta haqqı:
Qarabağda 10 manat
Şəki-Zaqatalada 16-17 manat
Lənkəran regionunda 7 manat
Dağlıq Şirvan bölgəsində 11-12 manat
Aran rayonlarında 8 manat
Quba-Xaçmaz bölgəsində 7 manat
Gəncə-Qazax zonasında 24-25 manat
Abşeron bölgəsində 7 manatdır.
Fermerlər və iş adamları öz əkin sahələri üzrə sığorta haqqının məbləğini Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində yerləşdirilmiş «Bitkiçilik kalkulyatoru» (https://asf.gov.az/insurance-calculators/crop-insurance) vasitəsilə sərbəst şəkildə hesablaya bilərlər. Bütün hallarda fermer sığorta haqqının yalnız 50%-i ödəyəcək, məbləğin qalan 50%-i fermerlərə dəstək üçün dövlət ödəyəcək.
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ






.jpg)







.jpg)
























