İqtisadi gündəm
Rusiyadan gətirilən 17 ton dəri yararsız çıxdı
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir.
AQTA-dan Publika.az-a verilən məlumata görə, həyata keçirilən nəzarət tədbirləri çərçivəsində Rusiya Federasiyasında fəaliyyət göstərən “RESURS-YUQ” MMC-nin istehsalı olan və “Azfood Company” MMC tərəfindən ölkəmizə idxal edilən ümumi çəkisi 19691 kq toyuq dərisi məhsuluna Agentliyin müfəttişləri tərəfindən baxış keçirilib.
Baxış zamanı idxal olunan məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Aparılan müayinələr nəticəsində məhsul partiyasında (11886 kq) patogen mikroorqanizm olan salmonella aşkar edilib.
Agentlik tərəfindən istehlaka yararsız məhsulların satış şəbəkəsinə daxil olmasının qarşısı alınıb. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır











.jpg)


























