İqtisadi gündəm
“AzerGold” 5 illiyinə həsr olunmuş videoçarx təqdim etdi
“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) 5 illik yubileyinə həsr olunmuş videoçarx hazırlanıb.
Publika.az xəbər verir ki, “AzerGold” – Yüksək dəyər meyarı!” şüarı ilə təqdim olunan videoçarx Səhmdar Cəmiyyətin ötən 5 il ərzində ölkəmizin dağ-mədən sənayesinin inkişafı ilə bağlı əldə etdiyi nailiyyətləri, eləcə də ətraf mühitin mühafizəsi, sosial-iqtisadi yönümlü dövlət proqramlarına dəstək xarakterli tədbirlər, fəaliyyət göstərdiyi bölgələrdə yaşayan ailələrin qayğı ilə əhatələnməsi istiqamətində reallaşdırdığı layihələri bədii üslubda, ümumiləşdirilmiş formada əks etdirir.
Qeyd edək ki, “AzerGold” QSC Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2015-ci il 11 fevral tarixli 1047 nömrəli Sərəncamına uyğun olaraq 5 iyul 2016-cı il tarixində təsis edilib.
Cəmiyyət əlvan və qara metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, o cümlədən hasilat, emal, rəqabətədavamlı məhsulların istehsalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, eləcə də bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.
Sözügedən videoçarxla tanış olmaq üçün aşağıdakı linkə keçid edə bilərsiniz:
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi









.jpg)

.jpg)


























.jpg)
.jpg)
