İqtisadi gündəm
Azərbaycanın üzüm tingləri xaricə ixrac olunacaq - FOTO
Şamaxı Üzüm Tingçilik Mərkəzində (ŞÜTM) istehsal olunan tinglər xarici ölkələrə ixrac olunacaq.
Publika.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ruslan Zeynalov KİV nümayəndələrinin Şamaxı rayonuna təşkil edilmiş səfəri zamanı bildirib.
Qeyd olunub ki, 1,2 hektar sahədə salınan Şamaxı Üzüm Tingçilik Mərkəzinin fəaliyyətə başlaması üzüm tinglərinə olan tələbatın yerli istehsal hesabına ödənilməsini təmin etməklə xaricə valyuta axınının qarşısını alacaq. Burada istehsal olunan tinglər region və Mərkəzi Asiya ölkələrinə ixrac olunacaq. Böyüklüyünə, eləcə də heyvanlarının sayı və növünün çoxluğuna görə nəinki Azərbaycanda, ümumiyyətlə Qafqazda yeganə və tək hesab edilən Şamaxı Safari Parkı isə böyük marağa səbəb olub.
Safari parkın turizm üzrə koordinatoru Leyla Əliyeva jurnalistlərə bildirib ki, park 2017-ci ilin oktyabrında açılsa da, müəyyən texniki səbəblərdən və pandemiyaya görə ziyarətçi qəbul edə bilməyib. Hazırda isə ziyarətçilər safari parka gələ bilərlər. Bura ərazisinin böyüklüyünə, heyvanların növ zənginliyinə, yaxın məsafədən heyvanları müşahidə etmək imkanına görə Qafqazın ən böyük safari parkı adlandırıla bilər.
O, əlavə edib ki, parkın yaradılmasının səbəbi belə bir möhtəşəm təbiəti, canlıları insanların da görməsinə imkan yaratmaqdır: "Safari parkın məqsədi insanlarda heyvanlara sevgini aşılamaq, insanla heyvanın yaxın ünsiyyət qurmasına imkan yaratmaqdır. Avropada, Amerikada vəhşi təbiətdən olan heyvanlar insanların yaşadığı ərazilərə gələ bilirlər. Çünki onların insan qorxusu yoxdur. Onlar insana təhlükə kimi baxmırlar. Amma bizdə belə deyil. Odur ki bizdə də vəhşi canlılara yanaşma bir az dəyişməlidir".
Xatırladaq ki, safari park vəhşi dırnaqlılar və maral fermerlərinin Beynəlxalq Assosiasiyasına - IDUBA-ya üzv olub. Səfərin sonunda media nümayəndələri arıçılıq təsərrüfatı ilə tanış olublar. Məlumat verilib ki, arıçılıq – bal arılarının yetişdirilməsini, çoxaldılmasını, saxlanmasını, onlardan entomofil kənd təsərrüfatı bitkilərinin tozlandırılmasında istifadə edilməsini, arıçılıq məhsullarının istehsalını və emalını əhatə edən kənd təsərrüfatı sahəsidir. Arıçılıq iqtisadi cəhətdən yüksək rentabelli fəa¬liy-yət sahəsi, əhalinin sağlamlığını qoruyan qida və müalicə əhəmiyyətli məhsullar mənbəyi, həm-çi¬nin kənd təsərrüfatının digər sahələrində məhsuldarlığın yüksəldilməsinə ciddi töhvə verən ekoloji amildir.
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp







.jpg)




















.jpg)
.jpg)





