İqtisadi gündəm
Gömrükdə bütün nəzarət üsulları elektronlaşdırılacaq
Gömrük sahəsinin müxtəlif istiqamətlərinə cavabdeh olan baş idarə rəisləri, müstəqil idarə, şöbələrin rəhbərlərinin və Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırovun iştiraki ilə iyulun 25-də Dövlət Gömrük Komitəsində (DGK) işçi görüş keçirilib.
Bu barədə Publika.az DGK-ya istinadən xəbər verir.
Görüşdə gömrük xidməti general-leytenantı Şahin Bağırov tərəfindən Azərbaycan Prezidentinin tapşırıq və göstərişlərinə uygun olaraq müasir tələblərə cavab verən gömrük xidmətinin yaradılması, şəffaflıq, rasional gömrük prosedurlarının tətbiqi, məmnunluq səviyyəsinin artırılması və ölkəmiz üçün ən vacib əhəmiyyət kəsb edən inkişaf istiqaməti üzrə gömrük xidmətinə aid zəruri işlərin görülməsi tapşırığı diqqətə çatdırılıb və bu prinsiplər əsasında əsas strateji hədəflərin müəyyən edilməsinə göstəriş verilib.
Günün tələblərinə cavab verməyən mövcud vəziyyətin ən qısa zamanda dəyişməsi, müasir çağırışlar əsasında gömrük xidmətinin inkişafı üçün işə yanaşma tərzinin dəyişməsi, fəaliyyətin planlaşdırılması zamanı analitik təhlillər aparılmaqla və ehtiyaclar öyrənilməklə prioritetlərin müəyyənləşdirilməsi, kadr siyasətini təkmilləşdirməklə yalnız bilik və təcrübəsi olan kadrlara inkişaf kariyerası mühitinin yaradılması, etik davranışlara hərtərəfli riayət edilməsi, gömrük işində istifadə olunan proqram təminatlarının rahat və əlçatanlığının təmin olunması, bütün nəzarət üsullarının və rəsmiləşdirilmə prosesinin elektron əsaslarla reallaşdırılması, işgüzar biznes mühitinin yaradılması üçün tədbirlərin həyata keçirilməsi üzrə konkret tapşırıqlar verilib.
-
Hadisə02:18Avtomobil hasara çırpıldı: ölən və yaralananlar var - Qəza yerindən fotolar
-
Qoroskop00:27Günün ulduz falı: cəsarətli addımlar atmaq üçün əlverişli vaxtdır
-
Kriminal27 Noyabr 20:12Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu
-
Region27 Noyabr 19:00Türkiyə Gürcüstan səfirini XİN-ə çağırdı: Batumidəki hadisələrə sərt etiraz
-
Kriminal27 Noyabr 18:10Sabiq icra başçısı və müavininin məhkəməsi başladı
-
Nida Xəbər 27 Noyabr 15:20Əli Əsədov qərar imzaladı
-
Region27 Noyabr 12:42Dramatik hadisələr olur, Cənubi Qafqaz iki hissəyə bölünmə nöqtəsindədir - Krılov
-
Rəsmi xronika27 Noyabr 11:46Prezidentin sosial şəbəkə hesablarında videoçarx paylaşıldı







.jpg)




.jpg)





.jpg)

















