İqtisadi gündəm
Valyuta bazarında UCUZLAŞMA: Azərbaycanın ticarət dövriyyəsinə təsiri
“Son günlər Türkiyə lirəsində baş verən ucuzlaşma Türkiyə-Azərbaycan qarşılıqlı ticarət mübadiləsinə təsir edəcək. İlk növbədə qardaş ölkədən Azərbaycana idxal olunan məhsullar ucuzlaşacaq”.
Bu barədə Publika.az-a açıqlama verən keçmiş maliyyə naziri, iqtisadçı alim, professor Saleh Məmmədovun sözlərinə görə, təkcə Türkiyə lirəsi ucuzlaşmayıb:
“İran, Rusiya, Gürcüstan, Ukrayna, Qazağıstan, Türkmənistan kimi qonşu və tərəfdaş ölkələrdə də inflyasiya və milli valyutaların dəyərdən düşməsi baş verir. Bu vəziyyət Azərbaycanla bu ölkələr arasındakı ticarət dövriyyəsinə də təsir edir və milli valyutamızın region bazarlarındakı yerinin zəifləməsinə səbəb olur. Azərbaycan da bu dövlətlər kimi eyni məhsulları ixrac edir. Ancaq həmin məhsullar baha başa gəldiyi üçün rəqabətdə uduza bilərik”.

Ölkəmizdən Türkiyəyə ixrac olunan məhsulların bahalaşacağını deyən keçmiş nazir qeyd etdi ki, bunun qarşısını almaq üçün hökumət əlindəki iqtisadi rıçaqlardan istifadə etməklə prosesi yüngülləşdirə bilər:
“Bunun bir neçə yolu var. Ən asanı, eyni qanunauyğunluqla manatı devalavasiyaya uğratmaqdır ki, buna qətiyyən yol vermək olmaz. Bu yolu bir dəfə - 2015-ci ildə təcrübədən keçirdik və ölkə iqtisadiyyatı hələ də şokdan çıxa bilməyib. Digər yolu vergi yükünü azaltmaqdır. Bu, Azərbaycan üçün çox vacibdir. Çünki, ölkəmizdə vergi dərəcələri çox yüksəkdir. Son dövrlər vergidə rəqəmsallaşmanın cücərtiləri göründükcə, vergi yükü daha da artır, bu isə iqtisadiyyatı çökdürür. Klassik vergi toplama şəraitində iş adamları birtəhər vergidən qaça bilirdilər, yəni rüşvət və digər yollarla vergi məbləğini optimallaşdıra bilirdilər. İndi isə mümkün deyil, avtomatik olaraq vergi dərəcələri dəyişmədən vergi yükü şişir. Rəqəmsallaşma gücləndikcə, proses özünü daha qabarıq şəkildə göstərəcək. Buna görə vergi dərəcələri ciddi surətdə azaldılmalıdır. Təcrübə göstərir ki, vergi dərəcələrinin azalması vergi məbləğini azaltmır, əksinə, xeyli artırır. Çünki, iş adamlarında qalan bu pullar yenidən vergi obyektlərinin yaradılmasına yönəldilir, vergidən yayınma azalır, istehsalın artımı təmin olunur”.
Onun sözlərinə görə, dövlətin nəzarətində olan yanacaq, elektrik, qaz, su, nəqliyyat, xüsusilə yükdaşıma taarifləri mütləq aşağı salınmalıdır:
“Həmçinin, subsidiyalar artırılmalı və ixracat stimullaşdırılmalıdır. İxrac məhsullarının daşınma xərclərinin 50 faizi dövlət tərəfindən ödənilməli, marketinq, reklam xərcləri subsidiyalaşdırılmalıdır. Ucuz, hətta faizsiz kredit resursları ilə şirkətlər maliyə mənbələri ilə təmin edilməlidir. Bol kredit resursları mövcud olduğu halda, ölkəmiz dünyada ən yüksək və ən məhdud kreditləşən ölkə halına gəlib. Daha bir yol, idxal məhsullarına vergi dərəcələrinin yüksəldilməsidir, lakin bunu əlverişli əməkdaşlıq müqavilələri olan ölkələrlə etmək mümkün olmayacaq”.
Rövşən Ziya
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi











.jpg)























